General İsmayıl Qaani İsrailə qaçırılıb, təhlükəsiz yerdədir - İran "asmışıq", demişdi
Sosial şəbəkələrdə və bəzi informasiya resurslarında İranın elit hərbi qurumu olan Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ilə bağlı bir-birinə zidd məlumatlar yayılıb.
KONKRET.az xəbər verir ki, "Israel News Agency" adlı mənbənin paylaşdığı məlumata görə, SEPAH Qüds Qüvvələri rəhbəri Qaani hazırda İsrail ərazisində təhlükəsiz vəziyyətdədir. Paylaşımda iddia olunur ki, o, regionda baş verən bir sıra yüksək səviyyəli sui-qəsd əməliyyatlarının arxa planında mühüm rol oynamış ola bilər.
Həmin məlumatda qeyd edilir ki, Qaaninin fəaliyyəti aşağıdakı hadisələrlə əlaqələndirilə bilər:
• İsmayıl Haniyə – HƏMAS liderinin aradan götürülməsi,
• Həsən Nəsrullah və Haşim Səfiyyəddin kimi Hizbullah rəhbərlərinin zərərsizləşdirilməsi,
• həmçinin Əli Xamenei ətrafındakı yüksək rütbəli hərbi komandirlərə qarşı əməliyyatlar.
Lakin bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Eyni zamanda İran informasiya məkanında tam fərqli versiyalar yayılır. Bəzi İran yönlü kanallar Qaaninin ölkə daxilində saxlanılaraq həbs olunduğunu iddia edir. Digər mənbələr isə onun hətta edam edildiyi barədə xəbərlər yayıb. Bu məlumatlar da rəsmi Tehran tərəfindən təsdiqini tapmayıb.
Beləliklə, hazırda Qaaninin taleyi ilə bağlı bir-birini təkzib edən üç əsas versiya gündəmdədir: bir tərəf onun İsraildə təhlükəsiz olduğunu iddia edir, digər tərəf isə həbs və ya edam edildiyini bildirir.
Mövzu ilə bağlı rəsmi təsdiq və ya təkzib hələlik açıqlanmayıb.Musavat.com

Xidmetler [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA