"Genetik faktora əsasən, psixi xəstəliklər nəsildən-nəslə ötürülür" - AÇIQLAMA + FOTO

"Genetik faktora əsasən, psixi xəstəliklər nəsildən-nəslə ötürülür" - AÇIQLAMA + FOTO
2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı 6 983 nəfər olub. 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Rəsmi statistikadakı rəqəmlərdən məlum olur ki, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı xeyli artıb. 
Belə ki, əgər 2020-ci ildə 4 039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onların sayı 4 751 nəfərə, 2022-ci ildə isə 6 983 nəfərə çatıb. 
Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113 836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106 299 nəfər, 2021-ci ildə 109 107 nəfər idi. 
Azərbaycanda son illər psixi xəstələrin sayı artıb. Qorxunc statistika hər kəs tərəfindən maraqla qarşılanıb.
Bəs görəsən, psixi xəstəliyi yaradan amillər hansılardır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-psixiatr İkram Rüstəmov psixi xəstələrlə bağlı statistikanın ildən-ilə artdığını qeyd edib:
"Psixi xəstəlik amilləri qruplara bölmək mümkündür. Psixi xəstəliklər əsasən bioloji, psixoloji və sosial səbəblərə görə yaranır. Hər il statistikanın artmasının da müxtəlif dinamik səbəbləri ola bilər. Statistika texniki səbəblərə görə, artır. Bir növ ildən-ilə xəstəliklər daha yaxşı ayırd edilə bilir. Bu səbəbdən də rəqəmlər dəyişir".
Psixiatr bioloji səbəblərin bütün növ xəstəliklərlə eynilik təşkil etdiyini söyləyib:
"Burada genetik faktor əsas rol oynayır. Genetika müəyyən dərəcədə dəyişir. Yediyimiz qida, ətrafdakı radiasiya buna daha çox təsir edir. Bu da öz növbəsində genetik strukturumuza təsirlər buraxır, bioloji məqamlara mənfi təsir göstərir. Qida faktoru da əsasdır. Genetik faktora əsasən, psixi xəstəliklər nəsildən-nəslə ötürülür.
Psixoloji səbəb isə insanların düşüncələridir. Uşaq  böyütmək problemi, ailədə insanların xoşbəxt olmaması, iqtisadi problemlər psixologiyanı pozur. Bu da beyində xəsarət izləri buraxır.
Sosial səbəb isə ümumidir. Sosial medianın təsiri, insanların tənhalaşması, qohumluq əlaqələrinin soyuması, bayramların səmimiyyətsiz və mənfəət çərçivəsində keçirilməsi psixi problemləri artırır".
"Günümüzdə hər üç səbəbdə olan amil isə texnologiyanın inkişafıdır. İnsanlar texnologiyadan əl çəkmədən bütün günü telefonlardan istifadə edirlər. Bu kimi məqamlar xəstəliyin artmasına gətirib çıxarır.
Psixi xəstəliyin dəqiq yaşı yoxdur. Yeni doğulan körpədən tutmuş, 90 yaşlı qocaya qədər hər kəsdə bu xəstəlik yarana bilər", - deyə İ.Rüstəmov əlavə edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 12 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber