"Geyinib-soyunma otağı" sindromu - Kişilərin yeni fobiyası
Avstraliyanın Viktoriya Universitetində aparılan araşdırma, kişilərin paltar dəyişdiyi otaqda həmcinsləri yaxudda qarşı cinsin yanında necə göründüklərini daha çox önəmsədiyini ortaya çıxarıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, urologiya mütəxəssisi Dr.Serkan Deveci bildirib ki, bu sindroma görə kişilərin əksəriyyəti əzələ gücləndirici dərmanlar istifadə edir. Lakin doktor , bu dərmanların zərərləri barədə xəbərdarlıq edib və sinroç haqqında danışıb.
Sağlam həyat üçün idman edənlərin sayını artırarkən, həm də bədən görünüşünə diqqət yetirə kişilərin bir çoxu əzələ quruluşunu artırmaq üçün anabolizing steroid (protein tozu) istifadə edir. Bu dərmanlar istədikləri bədən görünüşünü tez bir zamanda yaratmağa kömək etsə də, ümumi bədən sağlamlığını pozur və qaraciyər, böyrək çatışmazlığına, həmçinin kişi sonsuzluğuna və cinsi disfunksiyaya səbəb olur.
Kişilərin bir çoxu geyinib soyunma otağında qüsursuz bədən nümayiş etdirmək istədikləri üçün bir sıra prosdurlara əl atır. Belə ki, qarın və ya ayaq bölgəsindən yağ (liposuction) cinsiyyət orqanının dərisi altına enjektə edilir. Bu da geniş görünüşlü cinsiyyət orqanına sahib olmağa imkan verir. Ancaq həmin hissəyə yeridilmiş yağ qalıcı deyil və bədən tərəfindən yenidən əmilmir.
Bundan əlavə bu yağların cinsiyyət orqanının böyüklüyünə və ereksiyaya heç bir köməyi yoxdur. Qeyd edək ki, bu xəstələrin əksəriyyətinin cərrahi deyil, psixiatrik dəstəyə ehtiyacı var. Əməliyyatı yalnız seçilmiş xəstə qrupundakı psixiatriya dəstəyi ilə mütəxəssis uroloqlar etməlidir.
Milli.Az /news.milli.az

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü
Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var