GGFR: 'Azərbaycan daha cəlbedici enerji mənbəyinə çevrilir

GGFR: 'Azərbaycan daha cəlbedici enerji mənbəyinə çevrilir"Səmt qazının yandırılmasını və emissiyalarını fəal şəkildə azaldan ölkələr, məsələn, Azərbaycan, daha cəlbedici enerji mənbələri olacaqlar, ona görə də SOCAR-ın davamlı olaraq qazın məşəldə yandırılmasını azaltmaq öhdəliyini yerinə yetirdiyini görmək sevindiricidir".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Dünya Bankının "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq" (GGFR) proqramının rəhbəri Zubin Bamci deyib.
"Qlobal miqyasda səmt qazının məşəldə yandırılması hər il CO2 ekvivalentində təxminən 400 milyon ton emissiya ilə nəticələnir. Bu, çirkləndirici təcrübədir və buna son qoyulmalıdır, neft idxal edən ölkələr də bunu dərk etməyə başlayırlar. Onlar aldıqları neftin ən yüksək ekoloji standartlara cavab verən istehsalçılardan olmasını təmin etmək imkanına malikdirlər. Onlar energetika sektorunun karbonsuzlaşdırılmasında mühüm rol oynaya bilərlər", - Z.Bamci bildirib.
GGFR-in peyk əsasında apardığı qiymətləndirilmələrə görə, Azərbaycan qazın məşəldə yandırılmasını 2012-ci ildəki 333 milyon kubmetrdən 2020-ci ildə 135 milyon kubmetrə qədər davamlı olaraq azaldıb. "Bununla yanaşı, səmt qazından istifadənin səmərəliliyindən danışdıqda, məşəldə yandırma intensivliyi, habelə hasil edilən neftin hər barelinə düşən yandırma miqdarı da zaman keçdikcə azalıb. Bu irəliləyiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2030-cu ilə qədər məşəldə yandırmanın sıfıra endirilməsi üzrə beynəlxalq məqsədə sadiqliyini və səmt qazına neft hasilatının faydasız məhsulu yox, qorunmalı resurs və ekoloji problem kimi yanaşdığını əks etdirir", - sənəddə deyilir.
SOCAR-ın ilkin "qaz tullantılarının azaldılması planı" səmt qazının toplanması və utilizasiyası üzrə layihələr həyata keçirilməklə 2022-ci ilə qədər uzadılıb. GGFR-in köməyi ilə SOCAR həmçinin qazın və atmosferə atılan zərərli maddələrin sərfiyyatının hesablanmasının yeni metodikasını işləyib hazırlayıb.
SOCAR-ın səmt qazı emissiyalarının azaldılması planının ilkin mərhələsində - 2011-ci ildən 2016-cı ilə qədər olan dövrdə Dövlət Neft Şirkəti BP ilə birlikdə "Azneft" İstehsalat Birliyinin "Günəşli" və "Neft Daşları" yataqlarında, o cümlədən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda səmt qazının toplanması üzrə irimiqyaslı ekoloji layihələr həyata keçirib. Ötən il üç əsas neft yatağında emissiyalar sıfıra endirilib.
Hesablamalara görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda səmt qazının məşəldə yandırılmasının azaldılması layihəsinin icrası nəticəsində enerji məqsədləri üçün hasil edilən qazın həcmi təxminən 25 % artaraq 2011-ci ildəki sutkada 1,5-1,6 milyon kubmetrdən 2016-cı ildə sutkalıq 1,9-2 milyon kubmetr səviyyəyə çatıb. SOCAR və BP arasındakı ekoloji əməkdaşlıq nəticəsində hazırda hər il təxminən 265 000 ton CO2 emissiyası azaldılır.
SOCAR bu təbii qazdan Azərbaycanda enerjiyə çıxış imkanlarını genişləndirmək üçün istifadə edir. SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı" (NAMA) layihəsi çərçivəsində Dövlət Neft Şirkəti 2018-ci ildə "Siyəzənneft" NQÇİ-də "Zağlı-Zeyvə" yatağını pilot sahə kimi müəyyənləşdirərək burada səmt qazının toplanması üzrə layihə həyata keçirib.
GGFR-in hesabatında bildirilir ki, birbaşa atmosferə atılan emissiyaları azaltmaq üçün SOCAR öz infrastrukturuna sərmayə qoyaraq ərazidə üç qaztoplama məntəqəsində yeni kompressorlar, separatorlar, o cümlədən onlayn idarəetmə sistemi quraşdırıb, bu da ildə 6,8 milyon kubmetr səmt qazının tutulması, saxlanması və nəqlinə imkan verib. NAMA layihəsi çərçivəsində SOCAR hazırda səmt qazını toplayır və ucqar kənd yerlərində yaşayan yerli icmaların istifadəsi üçün nəql edir.
"Əlbəttə, 15 kənddə mindən çox insanın təbii qazdan aldığı faydası ondan ibarətdir ki,  evlərə verilən elektrik enerjisi bu qaz hesabına istehsal olunur. NAMA layihəsi həm də son istehlak sektorlarının, yəni binaların və nəqliyyatın enerji səmərəliliyinin artırılmasındakı mövcud problemləri həll edir", - sənəddə deyilir.
"SOCAR 2020-ci ildə təqribən 1,4 milyard kubmetr (təxminən 900 min ton metan) səmt qazı toplayıb ki, bu da hasilat emissiyalarının 2020-ci ildə hasil edilən qazın 2 %-nə qədər azalmasına səbəb olub", - "Azneft" İB-nin 2020-ci il üzrə illik hesabatında qeyd olunub. Bundan əlavə, bəzi neft yataqlarının işlənməsi üsullarında edilən dəyişikliklər də səmt qazı emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasında mühüm rol oynayıb. Qazın atmosferə sızması riskini azaltmaq üçün indi neft quyularında hasilatı saxlamaq üçün qazlift əvəzinə sualtı nasoslardan istifadə edilir.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sözlərinə görə, hazırda şirkət davamlı olaraq atmosferə atılan qazların miqdarını azaltmaq üçün ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını tətbiq edir: "SOCAR artıq səmt qazı emissiyalarını 2 %-ə endirməyə nail olub və 2022-ci ildə bu göstəricini sıfıra endirməyi hədəfləyib. Bu işlər nəticəsində SOCAR dünyada bu nailiyyətə çatan ilk neft-qaz şirkətlərindən biri olacaq. Artıq SOCAR xalis-sıfır tullantılar istiqamətində bir sıra ciddi addımlar atıb. Bu işlərin davamı olaraq, SOCAR gələcəkdə "yaşıl enerji"yə keçid və hidrogen enerjisindən istifadəyə üstünlük vermək istiqamətində addımlayır".

İqtisadiyyat     Baxılıb: 260   Tarix: 28 mart 2022
f Paylaş

Oxşar xəbərlər

"Qırmızı şənbə!" - "Baku Electronics"də 70%-dək ENDİRİM

"Baku Electronics"də 70%-dək endirim kampaniyası başlayır. xəbər verir ki, nağd alışda: 70%"dək endirim, endirilmiş qiyməti 24 ayadək bölmə imkanı verir. Kredit: Məişət, TV ve kondisionerlər 0024 ay, mobi

Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi

Yay tətili başa çatdı, indi isə yeni planlar, yeni hədəflər və yeni başlanğıclar vaxtıdır. İstər iş həyatına dönüş, istərsə də övladların məktəbə hazırlığı olsun – bütün bu xərcləri qarşılamaq üçün Bank Respublika müştərilərin

Nazir: "Tramp Marşrutu" Azərbaycanla Türkiyə əlaqələrinin daha güclü səhifəsini yazır

İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə IV Enerji Forumu keçirilib. Energetika Nazirliyində

Bank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqraz

"Bank of Baku" müştərilərinə yeni maliyyə imkanları təqdim etmək məqsədilə kapital bazarında iştirakını genişləndirib. Belə ki, Bank maliyyə bazarında yeni istiqraz emissiyasını həyata keçirməyi planlayır. 8 sentyabr tarixind

Bu ərazilər üzrə sentyabr pensiyaları ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. Bununla bağlı Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu

Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən TuranBank 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azərbaycanda keçiriləcək 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının Azərbaycan Banklar Assosiasiyası çərçivəsində rəsmi tərəfdaşıdır

Bakıda kafe-restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub. Paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadəd

"Unibank" Beyləqanda yeni filialını açdı

Azərbaycanın aparıcı banklarından olan "Unibank" KB ASC bölgələrdə müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə Beyləqan şəhərində yeni filialını istifadəyə verib

Azər Türk Bank kredit faizini endirdi

Dövlət bankı Azər Türk Bank bir il müddətinədək verilən istehlak kreditləri üzrə illik faiz dərəcəsini 10,5% səviyyəsində müəyyən edib. Qeyd edək ki, 12 ay müddətinədək rəsmiləşdirilən kreditlər üzrə xidmət haqqı 0%-dir


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər gunun xeberleri xəbərlər idman xeberleri