Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq

Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaqDövlət Gömrük Komitəsi elektron xidmətlərinin sayını artıracaq və startap fəaliyyətinin dəstəklənməsi üçün mühüm addımlar atacaq.
Dövlət Gömrük Komitəsindən (DGK) Milli.Az-a verilən məlumata görə, komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun sözlərinə görə gömrük işinin təşkilində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi məqsədilə kompleks işlər aparılır, yeni layihələr və tətbiqlər hazırlanır. Əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaş-məmur təmasının tamamilə aradan qaldırılmasıdır ki, bu da gömrük sistemində resurslardan səmərəli şəkildə istifadə edilməsinə, iş adamlarının vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq.
T.Xəlilov qeyd edib ki, hazırda Komitənin mütəxəssisləri tərəfindən DGK-nın təqdim etdiyi bütün elektron xidmətlərin vahid elektron resurslarının cəmləndiyi "e.customs.gov.az" elektron portalının yaradılması istiqamətində iş aparılır. Belə ki, DGK tərəfindən iki fərqli elektron portal - elektron hökumət portalı "e-gov.az" və DGK-nın c2b.customs.gov.az portalları üzərindən, ümumilikdə 18 xidmət təqdim edilir. Bunlardan 13-ü elektron hökumət portalı "e-gov.az", 5-i isə DGK-nın c2b.customs.gov.az elektron portalı vasitəsilə təqdim olunur.
"e.customs.gov.az" portalı fəaliyyətə başladıqdan sonra istifadəçilərin rahatlığını təmin etmək məqsədilə bütün xidmətləri vahid məkandan əldə etmək mümkün olacaq. Üstəlik, elektron xidmətlərin sayının 33-ə çatdırılması planlaşdırılır. Yeni portal fiziki şəxslər, xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları, banklar, daşıyıcı şirkətlər üçün elektron xidmətləri əhatə edir.
Portal həmçinin ölkə başçısının innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində qarşıya qoyduğu məqsədlər istiqamətində atılan mühüm addımdır. Belə ki, yeni portal startapçılara dəstək məqsədilə elektron həllər toplusunu da özündə ehtiva edəcək. Burada startap lahiyələrin dəstəklənməsi üçün "Açıq məlumatlar" bölməsi nəzərdə tutulub və təqdim olunan açıq məlumatlar, "APİ"-lər vasitəsi ilə startapçılar və ya müəssisələr DGK-nın elektron xidmətlərini birbaşa öz elektron resurslarına inteqrasiya etmək imkanı əldə edəcəklər. Portal, həmçinin "ASAN Login"-vahid giriş sisteminə də inteqrasiya edilib.
Daha bir yenilik isə "smart customs" mobil tətbiqinin reallaşdırılması ilə bağlı olacaq. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üçün elektron sərnişin bəyannaməsinin qəbulu üzrə elektron xidmət "smart customs" mobil tətbiqinə əlavə ediləcəkdir. Bununla da fiziki şəxslər tərəfindən ölkəyə gətirilən (aparılan) malın (əşya) mobil tətbiq vasitəsilə gömrük orqanına bəyan olunması təmin ediləcəkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 17 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeber 2026 krimnal bugun idman xeberleri