"Google" milyonlarla smartfonda "Chrome" brauzerini məhdudlaşdıracaq
"Google" milyonlarla smartfonda "Chrome" brauzerini məhdudlaşdıracaq
Stabil versiyası 6 dekabr 2023-cü ildə buraxılacaq "Google Chrome 120" "Android 7 Nougat" əməliyyat sistemi (ƏS) ilə işləyən cihazları dəstəkləməyəcək.
Beləliklə, "Google Chrome"un 119-cu versiyası "Android 7 Nougat" üçün sonuncu olacaq. Bu ƏS ilə bütün Android istifadəçilərinin təxminən 2,6%, yəni təxminən 78 milyon cihaz işləyir.
Demək olar ki, bir il əvvəl "Android 6 Marshmallow" oxşar halla üzləşmişdi. "Google"un ƏS-nin bu versiyası üçün brauzerin son versiyası "Chrome106" olub.
"Android Nougat" kimi də tanınan "Android 7.0" 2016-cı ildə orijinal "Google Pixel" smartfonu ilə meydana gəldi. Bu, "Google"un təkcə proqram təminatı bazarında deyil, həm də aparat təminatı sahəsində möhkəmlənmək istəyində dönüş nöqtəsi oldu", - deyə məlumatda bildirilir.
Öz növbəsində, "Android 6 Marshmallow" 2015-ci ildə işıq üzü görüb.
Mənbə: Chrome Enterprise / oxu.az
Turlar.az [newsid: 0-123300]

"Paşinyanın seçkilərə sülh proqramı ilə getməsi bizim uğurumuzdur" – Rizvan Nəbiyev
İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ
Bakıda iri anbarda baş verən yanğın barədə SON MƏLUMAT
Azərbaycan neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bu ərazilərdə qaz olmayacaq
İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb
Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
"Hörmüz"lə bağll gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?
Paşinyandan rusiyayönümlü qüvvələrə sərt xəbərdarlıq: "Yetim qalacaqsınız!"
Azərbaycan iqtisadiyyatı cüzi böyüdü