"Google" sürücünün ölümündə ittiham olunur
"Google" sürücünün ölümündə ittiham olunur
"Google" xəritədəki göstərişləri yerinə yetirərkən uçan körpüdən yıxılan bir kişinin ölümündən sonra yeni bir iddia ilə üz-üzə qalıb.
Filip Paksonun ailəsi onun ölümü ilə əlaqədar şirkətə qarşı iddia qaldıraraq, "Google"un 9 il əvvəl körpünün uçmasını göstərməməkdə səhlənkarlıq göstərdiyini iddia edib.
"Google" şirkətinin nümayəndəsi bildirib ki, şirkət iddiaları nəzərdən keçirir.
Pakson 2022-ci ilin sentyabrında Şimali Karolina ştatının Hikori şəhərində zədələnmiş körpünü keçməyə cəhd etdikdən sonra həyatını itirib.
Ailənin qaldırdığı iddiaya görə, iki uşaq atası olan Pakson qızının dostunun evində keçirilən ad günündən evə qayıdırmış və öldüyü zaman tanımadığı bir məhəllədə olub.
Həyat yoldaşı iki qızını daha əvvəl evə aparıb, o özü isə təmizlik işlərində kömək etmək üçün qızının dostunun evində qalıb.
"Yerli yollarla tanış olmadığı üçün o, alternativ marşrutun onu sağ-salamat evə, arvadı və qızlarının yanına aparacağına ümid edərək "Google Maps"ə güvənib. Təəssüf ki, qaranlıqda və yağışda ehtiyatla maşın sürərkən, o, heç bir şübhə etmədən "Google"un köhnəlmiş təlimatlarına əməl edib və qəzaya uğrayaraq suda boğulub", - deyə ailənin vəkili iddianı elan edərkən bildirib.
İddiaya görə, yerli sakinlər 2013-cü ildə körpünün uçmasından sonra onlayn xəritələri dəyişmək üçün dəfələrlə "Google"a müraciət ediblər.
Həmçinin körpünün vəziyyətinə nəzarət etdikləri iddia edilən üç yerli şirkətə qarşı da iddia irəli sürülüb.
Mənbə: Haber Global / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR