Göygöldə Zəfər gününə həsr olunan tədbir keçirilib - VİDEO
Göygöl şəhərində 8 Noyabr – Zəfər günü böyük təntənə ilə qeyd olunub.
Azxeber.com xəbər verir ki, Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən təşkil olunan bayram tədbirində rəsmilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.
Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edilib. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlar zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu. Düşmən bir daha Azərbaycan xalqının əzmininin, qəhrəmanlığının şahidi oldu. Tarixi qələbədə şəhidlərimizin, qazilərimiz müstəsna xidmətləri var.
Gənc könüllülərin iştirakı ilə sülh rəmiz olan göyərçinlər havaya buraxılıb. Daha sonra bayram tədbiri konsert proqramı ilə davam edib. Bayram tədbirinin sonunda atəşfəşanlıq olub.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR