Gözəllik salonunda ehtiyatlı olun: Ömürlük dərmana düçar ola bilərsiniz - FOTO
Gözəllik salonunda ehtiyatlı olun: Ömürlük dərmana düçar ola bilərsiniz - FOTO
Gözəllik salonuna gedən qadın gündəlik baxım prosesindən sonra ölümdən qayıdıb. Hadisə Hindistanın Heydərabad şəhərində baş verib.
Məlumata görə, qadın saçını kəsdirdikdən sonra özündə qəribə simptomlar hiss edib: başı fırlanıb, ürəyi bulanıb. O, yeməkdən zəhərləndiyini düşünərək qastroenteroloqa müraciət edib. Lakin qadının həzm sistemində heç bir problem tapılmayıb. Onu müayinə edən həkim qadını nevropatoloqa yönləndirib.
Nevropatoloq Sudhir Kumar isə pasiyentin düzgün olmayan yerişini dərhal görüb və onun insult keçirdiyini ehtimal edib. Xəstə dərhal MRT-yə göndərilir. MRT yoxlanışı zamanı qadının beyin damarlarında qan laxtaları müəyyən edilir.
Məlum olub ki, saçları yuyularkən qadının başını əl-üz yuyulan çanağa əyməsi onu bu vəziyyətə gətirib çıxarıb.
"Qadının vertebral arteriyası nazik idi və onun sıxılması beyinə qan tədarükünün yavaşlamasına səbəb olub", - deyə həkim bildirib.
Tibb işçisinin sözlərinə görə bu, "gözəllik salonu sindromu" kimi tanınan nadir xəstəlikdir.
Qadına qan dövranının bərpası üçün dərmanlar yazılıb. Bu preparatları isə o, ömrünün sonuna qədər qəbul etməli olacaq.
Mənbə: Lenta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR