Güclü yağış Bakının bu ərazisində çətinliklər yaratdı - VİDEO
Güclü yağış Bakının bu ərazisində çətinliklər yaratdı - VİDEO
Gecə saatlarında yağan yağış Binəqədi rayonunda yolları bərbad hala salıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaşlar tərəfindən məlumat paylaşılıb. Vətəndaşlar yağışdan sonra Binəqədi şosesində qrunt sularının nəqliyyatın hərəkətinə mane olduğunu bildiriblər.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən problemlə bağlı tədbir görülüb:
"Ötən gün yağışlı hava şəraiti səbəbindən Binəqədi rayonu istiqamətində avtomobil yollarında qısamüddətli problem yaşanıb. Məsələ ilə bağlı tərəfimizdən "Azərsu" ASC-nin Binəqədi Rayon Su Kanal İdarəsinə məlumat verilib. İdarədən müvafiq şöbənin əməkdaşları əraziyə göndərilib. Məlum olub ki, problemə səbəb yollarda yağış suları üçün qoyulan su ötürücülərinin tıxanmasıdır.
İdarədən bizə verilən son məlumata görə, sözügedən ərazilərdə qrunt suları tamamilə təmizlənib. Hazırda həmin yolda heç bir gölməçə yoxdur".
Xatırladaq ki, problemi əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Könül Cəfərli
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb