"Gülnar Əhədə deyirdi, gəlmə, qapını açmayacağam" - VİDEO

Xəbər verdiyimiz kimi, fevralın 20-də Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu qohumları Əhəd Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetiriliblər.
azxeber.com xəbər verir ki, ailəsi qətlə yetirilən Fəsahət Qaraxanov "AStar" yutub kanalına hadisə ilə bağlı danışıb.
Fəsahət Qaraxanov beynəlxalq yükdaşıma ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl tərədilərkən Rusiyada olub və səhəri gün Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.
Ev almaq istəyən ailə 10 il əvvəl bir dəfə dələduzluğa məruz qalaraq pulunu itirib. Məhkəmə işi yekunlaşandan sonra pulun müəyyən bir hissəsi – 25 min manat ailəyə geri ödənilib. Bu məbləğ  təxminən 8 ay əvvəl qaytarılıb.
F.Qaraxanov bildirib ki, evdə 25 min manat olub:
"Ev almaq istəyirdik, arada da üstünə əlavə verirdim ki, pul yığılsın" .
O, Əhəd Əliyevlə əlaqəsinin olmadığını deyib:
"Borclarına görə telefonu söndürürdü, telefon da işlətmirdi. Yoldaşı ondan pulsuz, fırıldaqçı, yalançı olmasına görə ayrılmışdı.
O adam müəllim olub, direktor olub, Kərbəla şəhərinə gedib-gəlib, ona görə inanmazdım. Heç gözləməzdim, ağla gəlməzdi. Mənə dedilər, bunu edən ailəni bilən adamdır, qohumdur, dedim yox, qohum ola bilməz. Bu çıxdı qatil.
Heç olmasa işgəncə ilə öldürməyəydi, insanı güllələyərlər, o başqa şey, biri də var ki, işgəncə verib öldürüblər. İşgəncə ilə öldürməyəydi gərək, bu yara məndə həmişə qalacaq. Allahın qəzasıdır. Allah da deyir ki, gərək səbirli olasan, dözəsən, nə edim, başqa yolum yoxdur. Dözəm, yaşadam gərək onları".
Mərhum Qaraxanova Gülnarın anası Gülbacı Soltanova deyib ki, Əhəd Əliyevin belə bir hadisə törədəcəyinə inanmayıblar:
"Qoynumda ilan bəsləmişəm. Əhəd ola, belə şey edə, heç cür inanmadıq. Deyirik, nə isə içib, ağlı çıxıb başından. Uşaqlar Əhədi, Əhəd də uşaqları çox istəyirdi. Evlərinin həmişə qapıları bağlı olurdu. Qızım gedirdi işə, uşaqlara deyirdi, qapını heç kəsə açmasınlar, qorxurdu.
Heç Əhədə də qapını açmırdılar. Əhədin özünə deyirdi ki, yoldaşım evdə yoxdur, gəlmə evə, qapını açmayacağam. Əhəd onu izləyib, girib içəri. Bilib ki, qapını açmayacaq".
Mərhumun qohumu Şahlar Məlikov qeyd edib ki, mərhum Gülnar Qaraxanovanın alnında bıçaq kəsiyi olub:
"Görünür, onun boğazını kəsmək istəyib, müqavimətlə rastlaşanda yeddi bıçaq vurub. Xanımı içəri salıb, uşaqların səs-küyü gələndə, oğlanın boğaz hissəsini kəsmişdi, qız uşağında dörd bıçaq yeri var, bir də amansızlıqla boğazı kəsilmişdi. Hər iki uşaq yataqda idi".

Xatırladaq ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sosial       Tarix: 23 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri son xeberler bugun 2026 muharibe xeber kriminal xeber