Gülşən Rzayeva BMT-də çıxış etdi: Azərbaycan iqlim və şəhərsalma sahəsində təcrübəsini bölüşür
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva BMT Baş Assambleyasının şəhərlərin iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və ekoloji risklərə dayanıqlılığına həsr olunan tematik panelində çıxış edib.
KONKRET.az xəbər verir ki, çıxış zamanı qeyd olunub ki, Azərbaycanda COP29 və WUF13 kimi iki mühüm qlobal tədbirin keçirilməsi ölkəmizin iqlim və şəhərsalma gündəlikləri arasında əlaqənin gücləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin və bu mövzunun beynəlxalq gündəlikdə təşviqinə verdiyi töhfənin bariz göstəricisidir.
Vurğulanıb ki, COP29-un mühüm nəticələrindən biri Azərbaycan, Braziliya, Misir və BƏƏ-nin birgə təşəbbüsü ilə COP prosesləri ilə WUF arasında davamlılığın təmin edilməsinə xidmət edən Bakı Davamlılıq Koalisiyasının təsis olunması, eləcə də "Dayanıqlı və sağlam şəhərlər üçün çoxsəviyyəli fəaliyyət istiqamətləri" təşəbbüsünün təqdim edilməsi olub.
Gülşən Rzayeva qeyd edib ki, Azərbaycan iqlim və şəhərsalma gündəliklərinin əlaqələndirilməsi istiqamətində əldə etdiyi təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə və bu sahədə əməkdaşlığın inkişafına töhfə verməyə davam edir.


Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir