Gültəkin Hacıbəyli Bakıya nə vaxt təhvil veriləcək? – Türkiyəli hüquqşünaslar açıqladı

Gültəkin Hacıbəyli Bakıya nə vaxt təhvil veriləcək? – Türkiyəli hüquqşünaslar açıqladıMilli Şuranın üzvü və sabiq deputat Gültəkin Hacıbəylinin Bakıya təhvil verilməsi qərara alındıqdan sonra onun nə zaman Türkiyədən deportasiya ediləcəyi müzakirə olunur.
Bir qədər əvvəl sosial şəbəkə hesabında paylaşım edən Gültəkin Hacıbəyli daha öncə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirildiyi barədə məlumat verib: "Aldığım məlumata görə, adıçəkilən mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır".
KONKRET.azxəbər verir ki, hüquqşünas Zeki Arıtürk Globalinfo.az-a açıqlamasında bildirib ki, bu kimi hallarda, əgər şəxs siyasi məhbus deyilsə və geri qaytarılma yeri "Çatalca"dırsa, prosedurlar başa çatdıqdan sonra bir həftə və ya on gün ərzində geri qaytarılır:
Gültəkin Hacıbəyli Bakıya nə vaxt təhvil veriləcək? – Türkiyəli hüquqşünaslar açıqladıZeki Arıtürk
"Lakin həyati təhlükə yaradan bir vəziyyət yaranarsa, məsələyə BMT İnsan Hüquqları Komissiyası müdaxilə edir. O zaman Türkiyə bu Komissiya tərəfindən prosesi dayandıra bilər. Əgər söhbət siyasi məhbusdan gedirsə, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin çox yaxşı münasibətləri var. Düşünürəm ki, onlar bu məsələ ilə bağlı bir-biri ilə əlaqə saxlayır. Əgər söhbət sıradan bir cinayətkarın ekstradisiyasından gedirsə, bu, 2-3 gün də çəkə bilər. Amma burada başqa bir amil olduğundan fərqli yanaşma mümkündür. Düşünürəm ki, bu, çevriliş cəhdi ilə bağlı olduğundan, Türkiyə məsələyə daha həssas yanaşacaq".
Hüquqşünas Kadriye Güçlü Sakarya isə bildirib ki, sözügedən şəxsin deportasiya edilməsinə qarşı apelyasiya şikayəti rədd olunub və deportasiyası qəti şəkildə təsdiqlənib:
Gültəkin Hacıbəyli Bakıya nə vaxt təhvil veriləcək? – Türkiyəli hüquqşünaslar açıqladıKadriye Güçlü Sakarya
"Qanunda bu şəxslərin dərhal deportasiya olunduğu bildirilir. Lakin oradakı prosedurun sürətini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma adətən dərhal deportasiya olunurlar. Yəqin ki, apelyasiyanın nəticəsini gözləyirlər. Bəlkə də buna görə uzadıblar. Deportasiyası 15 dekabrda qətiləşdiyi üçün, onu bir-iki ay saxlamayacaqlar. Sənədləşmə və digər prosedurlar başa çatdıqdan sonra ilk mərhələdə deportasiya edəcəklər".
Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. Amma o, Türkiyədən ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılaraq noyabrın 30-da Arnavutköy Miqrasiya Mərkəzinə yerləşdirilib. Dekabrın 12-də isə həmin mərkəzdən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə köçürülüb. Dekabrın 15-də Gültəkin Hacıbəylinin 5 il müddətinə Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib. Sülh Cəza Məhkəməsində onun Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Siyasi       Tarix: 23 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu