Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır - RƏSMİ AÇIQLAMA
Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır.
Azxeber.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
"Lakin bu zəlzələlər çox aşağı ballı olduğu üçün hiss olunmur və heç bir təsiri də yoxdur" - deyə, o bildirib.
Baş seysmoloq zəlzələlərlə bağlı öncədən proqnozların verilməsi məsələsinə də aydınlıq gətirib.
"Zəlzələ ilə bağlı qısamüddətli proqnozun verilməsi məsələsi yüz illərdir ki, həllini tapa bilmir. Bunun üçün cihaz yoxdur. Xüsusən də güclü zəlzələlərin dəqiq yeri və vaxtı üçün qısamüddətli proqnoz vermək mümkün deyil.
Lakin ortamüddətli və uzunmüddətli proqnozlar verilə, harda aktivliklərin olduğunu və zəlzələ gözlənildiyini demək mümkündür. Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur" - deyə, Q.Yetirmişli qeyd edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR