Günay Əfəndiyeva Macarıstanın "Xidmətlərə görə Komandor Xaçı" ali ordeni ilə təltif olunub - FOTO

Günay Əfəndiyeva Macarıstanın Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva Macarıstanın ali mükafatlarından biri olan "Xidmətlərə görə Komandor Xaçı" ordeni ilə təltif olunub. 
azxeber.com xəbər verir ki, Günay Əfəndiyeva bu mükafata Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən Macarıstan mədəniyyətinin Azərbaycanda və türk ölkələrində səmərəli təbliğinə görə layiq görülüb.
Mükafat  Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomaș Torma tərəfindən ölkənin Milli Günü - 1956-cı il İnqilabının 68-ci ildönümü münasibətilə təşkil olunmuş qəbulda Günay Əfəndiyevaya təqdim edilib.
Səfir Tomaș Torma mükafatlandırma mərasimində çıxış edərək, bildirib: "Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu prezidenti kimi türk ölkələrinin ortaq mədəni dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində layiqli fəaliyyət göstərib. O, Macarıstanın mədəniyyət layihələrində iştirakını davamlı olaraq dəstəkləyib.  O,  XX əsrin böyük bəstəkarlarından və etnomusiqişünaslarından olan Bela Bartokun Bakıda anım tədbirini təşkil edib. Günay Əfəndiyevanın fəal dəstəyi ilə görkəmli macar şairi Mikloş Radnotinin Azərbaycan dilində kitabı işıq üzü görüb.
O, Azərbaycanda mövcud olan macar ədəbiyyatının həcmini zənginləşdirməyə töhfə verən ən məşhur macar əsərlərinin Azərbaycan dilində nəşr edilməsində önəmli rol oynayıb. Günay Əfəndiyevanın təşəbbüsü ilə Macarıstan da daxil olmaqla, 7 Türk ölkəsinin gənc sənətçilərindən ibarət qrup yaradılıb və qrup Türk Dünyası, eləcə də Avropa, Amerika səhnələrində uğurlu çıxışlar edib. Fədakar əməyə və bir çox ümumi mədəni layihələrə görə Günay Əfəndiyevaya təşəkkür edirik". 
Qeyd edilməlidir ki, Günay Əfəndiyeva 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təșəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğız Respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradılan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti kimi fəaliyyət göstərib. Macarıstan 2019-cu ildən təșkilatda müșahidəçi statusunu alıb.
Günay Əfəndiyeva Macarıstanın Günay Əfəndiyeva Macarıstanın Günay Əfəndiyeva Macarıstanın

Siyasi       Tarix: 16 oktyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler metbuat