Gündə 20 uşaq ya şikəst edilir, ya da öldürülür - UNİSEF-in HESABATI

Gündə 20 uşaq ya şikəst edilir, ya da öldürülür - UNİSEF-in HESABATI"2005-ci ildən bəri dünyada ən azı 120.000 uşaq münaqişələr zamanı şikəst olub və ya öldürülüb. Bu, gündə 20 uşağın öldürülməsi deməkdir".
KONKRET.azxəbər verir ki, bu barədə statistic məlumatları BMT-nin Uşaq Fondu – UNİCEF yayıb.
UNICEF-in İcraçı Direktoru Katerine Russell deyib ki, beynəlxalq ictimaiyyət hələ də müharibələrdə uşaqları daha yaxşı qorumaq üçün səy göstərmir, baxmayaraq ki, bunu necə edəcəyini bilir.
UNICEF Afrika, Asiya və Latın Amerikasında 30-dan çox münaqişə haqqında məlumat toplayıb. Bu böhranlar zamanı 315 halda uşaq hüquqlarının pozulması faktı qeydə alınıb. O cümlədən, ən azı 105 min uşaq münaqişələrdə əsgər kimi istifadə edilib, 16 mindən çox qız və oğlan cinsi zorakılığa məruz qalıb, 32,5 mindən çoxu münaqişə tərəflərinin nümayəndələri tərəfindən oğurlanıb. Eyni zamanda, zərər çəkmiş uşaqların real sayı daha çoxdur. Bundan əlavə, BMT məktəb və xəstəxanalara 16 mindən çox hücum hadisəsi qeydə alıb.
UNICEF beynəlxalq ictimaiyyəti müharibədə uşaqların müdafiəsi ilə bağlı mövcud beynəlxalq qanunlara və normalara riayət etməyə çağırıb. Təşkilat, digər məsələlərlə yanaşı, yaşayış məntəqələrində partlayıcı silahlardan istifadənin qadağan edilməsinin zəruri olduğunu bildirib. Bundan əlavə, uşaqların müdafiəsi üçün tədbirlərin görülməsi üçün zəruri maliyyə vəsaiti ayrılmalıdır.
UNICEF-in müharibədən zərər çəkmiş bölgələrdəki proqramları, o cümlədən minalardan mühafizə təlimləri və cinsi zorakılıq qurbanlarına yardım bir neçə milyon uşağa çatır. Təşkilatın hesablamalarına görə, 2025-ci ilə qədər ayrılmış ailələri uşaqları ilə birləşdirmək, psixoloji dəstək vermək və uşaqların silahlı qruplar tərəfindən cəlb edilməsini dayandırmaq üçün 1,37 milyon dollar lazımdır.
Sevinc Paşayeva,
KONKRET.az

Sağlamlıq       Tarix: 05 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az son xəbər xeber.az bu gun