Gündə neçə narıngi yemək olar? - Həkim RƏYİ
Gündə neçə narıngi yemək olar? - Həkim RƏYİ
Gündə 4-5 narıngidən artıq yemək olmaz.
Bu barədə rusiyalı dietoloq və qidalanma mütəxəssisi Nadejda Tsapkina xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu meyvələrin gündəlik qəbulu 40 qramdan çox olmamalıdır.
"Narınginin həddindən artıq istehlakı qaraciyərdə problem yarada bilər. Bundan başqa, mümkün allergik reaksiyanı da unutmamalıyıq. Qastritli insanlar da diqqətli olmalıdırlar, çünki naringilər bağırsaqların və mədənin selikli qişasını qıcıqlandıra bilər", - deyə həkim vurğulayıb.
Tsapkina eyni zamanda qeyd edib ki, narıngilər kalsium, maqnezium, kalium, "D", "K" və "B" vitaminlərinin mənbəyidir. Onun sözlərinə görə, bu meyvələrin tərkibindəki lif mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmağa kömək edir, "C" vitamini isə immun sistemini gücləndirir (bu da koronavirus pandemiyası dövründə xüsusilə vacibdir).
"Bu sitrus meyvəsi fitonsidlər və efir yağları ilə kompleks şəkildə viruslarla mübarizə aparmağa kömək edir. Tərkibində bioflavonoidlərin və antioksidant beta-karotinin olması isə xərçəngin əmələ gəlməsinin qarşısını alır", - deyə həkim sözlərini yekunlaşdırıb.
Mənbə: RİA Novosti

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü