Gündəlik istifadə edilən təhlükə: Antiperspirantlar xərçəngə səbəb olur?

Gündəlik istifadə edilən təhlükə: Antiperspirantlar xərçəngə səbəb olur?Gündəlik istifadə edilən təhlükə: Antiperspirantlar xərçəngə səbəb olur?
Son illərdə süd vəzisi xərçənginə yoluxanların sayı getdikcə artır. Əksəriyyət hesab edir ki, xəstəliyin geniş yayılmasına əsas səbəb kosmetoloji məhsullardır. Xüsusilə də, hər kəsin gündəlik tər əleyhinə istifadə etdiyi antiperspirantlar ciddi təhlükə mənbəyinə çevrilə bilər.
Tərləmə təbii bir proses olsa da, bəzi insanlarda bu normadan çox olur.
Bunun qarşısını almaq üçün insanlar antiperspirantlardan istifadə edərək tərləmənin və yaranan pis qoxunun qarşısını almağa çalışırlar. Lakin bəzi alimlər 1960-70-ci illərin elmi araşdırmalarına istinad edərək, bu məhsulların sağlamlığa kifayət qədər zərərli olduğu düşünürlər. 
Bəs, antiperspirantlar həqiqətən sağlamlığa zərərlidirmi?  
Bizim.Media bu barədə araşdırma aparıb.
Antiperspirant - tərkibində alüminium duzları olan dəriyə qulluq vasitəsidir. Bu duzlar dəri məsamələrinin müvəqqəti tıxanmasına səbəb olur. Belə ki, antiperspirant istifadə edən insanlar müəyyən müddət ərzində tərləmir və ya istifadə etməyənlərə nisbətən çox az tərləyir. Bununla belə, antiperspirantlar qoxusuz məhsullardır. Bir çox kosmetik məhsulun tərkibində həm dezodorant, həm də tərə qarşı mübarizə üçün maddələr var. 
1960-1970-ci illərdə aparılan bəzi elmi araşdırmalar tərləmə əleyhinə dərmanların tərkibindəki alüminium duzlarının Alzheimer xəstəliyi ilə əlaqəli olduğunu ortaya çıxarıb.
Xəstəliyə tutulan insanların beynində alüminium aşkar edilib. Halbuki beyindəki alüminiumun bu maddəyə həddindən artıq məruz qalması nəticəsində və yaxud da xəstəlik nəticəsində əmələ gəlməsi ilə bağlı bu gün də qəti bir fikir yoxdur.  
Tərləmə əleyhinə vasitələrdən istifadə ilə bağlı narahatlıq doğuran digər məqam isə bu məhsulların xərçəng riskini artırmasıdır. Xüsusilə, bu məhsulların döş xərçənginə səbəb olduğuna dair informasiyalar yayılmaqdadır. 
Aparılan araşdırmalar göstərir ki, süd vəzisi xərçənginin inkişafına səbəb olan parabenlər və alüminium duzları östrogen təsir göstərə bilir və buna görə də döş xərçəngi riskinin artmasında rol oynayır. 
Qeyri-təbii dezodorant və antiperspirant məhsullar dəri ilə birbaşa təmasda olduqda dəri xərçəngi riskini artırır. Tərkibindəki kimyəvi maddələrə görə bədəndə yanma, qaşınma, qıcıqlanma, qabarma və yara əmələ gəlməsinə səbəb ola bilər. 
Dezodorantların və antiperspirant məhsulların tərkibində olan kimyəvi maddələr dəridə təhlükəli fəsadlara səbəb olur. Dermatoloqlar şiddətlə tövsiyə edirlər ki, dezodorant və tər əleyhinə məhsulları alarkən diqqətli olmaq və apteklərdə satılan məhsullara üstünlük vermək vacibdir. Xüsusən də, antiperspirantların tərkibindəki kimyəvi maddələrin minimum səviyyədə olmasına diqqət yetirilməlidir.  / oxu.az

Maraqlı       Tarix: 18 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber