Gündüz Tahirli: Əsas məqsədimiz şəhid övladlarının təhsil imkanlarını yaxşılaşdırmaqdır

Gündüz Tahirli: Əsas məqsədimiz şəhid övladlarının təhsil imkanlarını yaxşılaşdırmaqdırTanınmış jurnalist Gündüz Tahirli ABŞ-da yaratdığı Fond haqqında Diasporla İş üzrə Dövlət Komitəsinə danışıb. 
Gündüz Tahirli Azərbaycanın tanınmış jurnalisti, dahi şairimiz Mirzə Ələkbər Sabirin nəvəsidir. G.Tahirli Amerika Birləşmiş Ştatlarında biznes fəaliyyətilə məşğuldur və onun mütləq Azərbaycan üçün faydalı işlər görəcəyinə hər zaman ümid edirdim. 
5 iyul Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldığı gündür. 
Diaasporumuzun fəal üzvü, Vaşinqtonda yaşayan Gündüz Tahirli yeni yaratdığı  xeyriyyə Fondu barədə danışıb.
- United Charities for Azerbaijan hansı məqsədlə yaradılıb və belə bir Fondun yaradılmasına nə zaman qərar vermisiz? 
- Bu haqda düşünürdüm və burada yaşayan azərbaycanlılarla ünsiyyəti dərinləşdirməyə, daha çox insanla münasibət qurmağa çalışırdım. Sayca ilk böyük görüşümüz Şuşa alınan gün oldu. Çoxdandır üzərində işlədiyimiz ideyanın reallaşma zamanı idi. Fond Qarabağ müharibəsi şəhidlərinin övladlarına, qaziərimizə və onların övladlarına maddi və mənəvi dəstək olmağı hədəfləyir. Əsas məqsədimiz həmin ailələrdən olan uşaqların təhsil imkanlarını yaxşılaşdırmaqdır. 
- Fond rəsmi qeydiyyata alınıb?
- Bəli, təsis toplantımızı keçirdikdən sonra Fondun rəsmi qeydiyyata alınması da reallaşdı. 
- Soydaşlarımızla əlaqələri necə qurursunuz?
- Pandemiya dövründə təbii ki, əlaqələrimiz və bütün görüşlərimiz yalnız internet üzərindən olur. Təbii ki, Fonda vəsaitin daxil olması da məhz bu yolla həyata keçirilir. Yəni hazırda bütün fəaliyyətimiz internet üzərindən tənzimlənir.
- Konkret nəticədən danışaq...
- Soydaşlarımız bu işə həssaslıqla yanaşırlar və biz hədəfimizə doğru addım-addım gedirik. Artıq müəyyən məbləğlər toplanıb və nümunə üçün deyə bilərəm ki, biz təhsil imkanlarını yaxşılaşdırmaq üçün nəzərdə tutduğumuz kateqoriyadan olan bir neçə soydaşımıza kompüterlər alıb göndərmişik. UCA-in layihələri çox konkret layihələrdir. İcma nümayəndələrimiz verdiyi ianənin konkret olaraq kimlərə və nə üçün xərcləndiyini çox gözəl bilir. Biz çox konkret talelərə həmdərd olmağa çalışırıq və çağırışlarımız da bu xarakteri daşıyır. Fondun Facebook və Web-səhifələrində layihələrimiz açıq görünür. Bundan sonar da toplanan bütün məbləğ qazilərimizə, qazi və şəhidlərimizin ailələrinə xərclənəcək.
- Fondun gələcək fəaliyyətində yeni istiqamətlər üzərində düşünürsüzmü?
- Bütün gücümüzü bir istiqamətə yönəldirik. Bizim əsas işimiz ölkəmizdə təhsil problemlərinə kömək etmək, qeyd etdiyim soydaşlarımızın təhsil imkanlrının genişlənməsi üçün faydalı addımlar  atmaq, maraqlı layihələr həyata keçirməkdir. Heç bir siyasi fəaliyyətlə məşğul olmuruq və qazi və şəhid ailələrinə yardım etmək əsas məqsədimizdir.
- Fondun işinin yaxşı nəticələrə gətirib çıxarması daha çox nəyə bağlı ola bilər?
- Məncə ən vacibi davamlılıq və kütləvilikdir.İşimizin uğuru buna bağlıdır.
- Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq etmək barədə nə düşünürsüz?
-Düşünürəm ki, bu əməkdaşlıq ancaq işin xeyrinə olar, niyə də olmasın ki? Təbii ki, əməkdaşlığı düşünürəm.

Siyasi       Tarix: 04 iyul 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az hava cəbhədən görüntülər son xeberler azerbaycan