Günə enerjili başlamaq üçün bunları edin
Səhərlər günə adaptasiya olduğumuz ilk saatlardır. Günə necə başlasaq, eləcə də davam edər. Buna görə də yaxşı yuxu və rahat oyanmaq çox vacibdir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, səhərlər bəzi qaydalara əməl etməklə günümüzü daha enerjili keçirə bilərik.
1. Meditasiya edin
Meditasiyanın gücünü anlayanlar günbəgün artmaqdadır. Bu zaman zehninizdəki lazımsız düçüncələrdən qurtularaq, daha saglam bir düşüncəyə sahib ola bilərsiniz. Səhər 15 dəqiqə meditasiya ilə məşğul olmaq gün ərzində daha sakit qalmağınıza səbəb olacaq.
2. Yüngül idman hərəkətləri edin
Səhər yüngül idman hərəkətləri etmək bədəninizdəki hormonları tarazlayaraq, günboyu enerjili qalmağınıza səbəb olar. Bunu bir ritual halına gətirdiyiniz zaman isə həyatınızda baş verən müsbət dəyişikliklərin şahidi olacaqsız.
3. Güzgüyə baxın
Səhər tələsik şəkildə əynimizi geyinib, güzgüyə sadəcə, paltarlarımızı düzəltmək üçün baxırıq. Ancaq unuduruq ki, üzümüz bizim mənliyimizi beynimizə əsk etdirən ən önəmli görüntüdür. Buna görə də, səhər oyanan kimi, güzgüyə baxın və gülümsəyin. Bu sadə hərəkətlə günə daha pozitiv başlayacaqsınız.
4. Hədəflərinizi xatırlayın
Çoxumuz səhər oyandığımızda özümüzü bir boşluğun içində hiss edirik və motivasiyamız aşağı olur. Bundan qurtulmanın ən gözəl yolu, həyatda qarşınıza qoyduğunuz hədəfləri xatırlamağınızdır. Onları bir yerə yazaraq, səhərlər oxuya da bilərsiniz.
5. Gününüzü planlaşdırın
Gündəlik plan qurmaq sizə hədəflərinizə dogru hərəkət etməkdə kömək olacaq. Oyandıqdan sonra özünüzə bir neçə dəqiqə vaxt ayırıb qəhvə və çay içərək günlük planınızı qura bilərsiniz.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ