Günorta yuxusunun hansı faydaları var? - Yaddaşı gücləndirir, yorğunluğu azaldır və...

Günorta yuxusunun hansı faydaları var? - Yaddaşı gücləndirir, yorğunluğu azaldır və...Mütəxəssislərin fikrincə, nahardan sonra 10-20 dəqiqə müddətində qısamüddətli yuxu qəbul etmək fikirlərinizi təzələmək və enerjinizi artırmaq üçün kifayətdir.
Milli.Az xəbər verir ki, ekspertlərin sözlərinə görə, nahardan sonra qəbul etdiyimiz yuxu yaddaşı gücləndirir.
İki növ yuxu var. Bu yuxular şüur səviyyəsinə görə dəyişir. Birincisi, Non-REM, ikincisi REM yuxu adlanır.
Non-REM yuxu 4 mərhələdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik. Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlərdə bədənimiz, beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən "delta" yuxusu da deyirlər. Bu müddət ərzində heç bir röya görmürük. Araşdırmalara görə, REM yuxusu psixoloji gərginliyi azaldır və neqativ düşüncələrin yükünü zehindən uzaqlaşdırır.
60 dəqiqəlik yuxu zehni yorğunluğu azaltmağa kömək edir. 2008-ci ildə edilən araşdırma çərçivəsində günorta yatmayan və yatan şəxslərin funksional maqnetik rezonans görüntüləmə nəticələri müqayisə edilib. Aydın olub ki, günorta saatlarında müəyyən müddət ərzində yatan şəxslərin fiziki aktivliyi daha yüksək olur.
Bundan əlavə, qısamüddətli günorta yuxusu sizi stressdən uzaqlaşdırır və fiziki rahatlığa kömək olur. Ekspertlər hesab edir ki, günorta qısamüddətli yuxuya gedən şəxslər daha enerjili, gümrah və pozitiv olur. Bu şəxslər günorta yuxusunu almayanlara nəzərən yaradıcı, məhsuldar və diqqətli olur. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan cəbhədən son xəbər gunun xeberleri