Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıbGürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.
KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, yerli mətbuat ali qonağın şərəfinə Tbilisinin mərkəzi küçə və prospektlərində Azərbaycanın Dövlət bayrağının asıldığını xüsusi qeyd edib.
"1tv.ge" yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. "Bu gün müzakirə edilən məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir", – deyə sayt yazıb.
Eyni zamanda, dövlətimizin başçısının çıxışına istinadla yayılan silsilə materiallarda iqtisadi sahədə əhəmiyyətli nailiyyətlərin əldə olunmasına da xüsusi yer ayrılıb. Prezident İlham Əliyevin mətbuata bəyanatında yer alan fikirlərinə diqqət çəkilərək qeyd olunub ki, ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir milyardı ötə bilər.
"Rustavi2.ge" portalında bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulduğu xüsusi vurğulanıb.
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıbGürcüstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən "Imedinews.ge" saytı bunu bütün qonşu dövlətlər üçün nümunə göstərib.
"Info9.ge" portalı isə yazır ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından Gürcüstan üçün etibarlı tərəfdaşdır.
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb"Interpressnews.ge" portalı Prezident İlham Əliyevə istinadla qeyd edib ki, Gürcüstan dinamik şəkildə inkişaf edir, iqtisadi artımı çox göz qabağındadır, ölkədə çox əlverişli investisiya mühiti yaradılıb.
"Primitime.ge" yazır ki, Azərbaycan Prezidentinin çıxışında iki ölkə arasında münasibətlərin daha dinamik şəkildə inkişafından məmnunluq ifadə olunub. Bildirilir ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Bu, hər zaman belə olub və gələcəkdə də belə olacaq.
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb"İpress.ge" saytı da Prezident İlham Əliyevin fikirlərinə yer verib: "Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir".
tvpirveli.ge yazır ki, Prezident İlham Əliyev mətbuata bəyanatında bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparıldığını bildirib. Əlavə edib ki, nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər.
"Təbii ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini. Bu gün də istisna deyil", – deyə Azərbaycan Prezidenti bildirib.
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıbkvirispalitra.ge də dövlətimizin başçısının fikirlərinə geniş yer ayırıb: "Cənab Baş nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim.
Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir".
Bundan başqa, formulanews.ge, netgazeti.ge, cbw.ge, georgiatoday.ge, bpn.ge, commersant.ge, ipress.ge, primetime.ge, 2020news.ge, tabula.ge, geotimes.com.ge, bm.ge, aktual.ge, 24news.ge, palitranews.ge, apsny.ge saytlarında və digər media orqanlarında da Azərbaycan Prezidentinin səfəri geniş işıqlandırılıb.
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıbMateriallarda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hava limanında qarşılanma mərasimi, eləcə də dövlətimizin başçısının Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi, Prezident Mixeil Kavelaşvili ilə görüşü barədə məlumatlar əksini tapıb.
Gürcüstan mətbuatının ən çox diqqət yetirdiyi məqam isə Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüşdən sonra dövlətimizin başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər olub.
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıbDövlətimizin başçısının Cənubi Qafqazda sülh və təhlükəsizlik barədə fikirləri də geniş işıqlandırılıb: "Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim", – deyə Prezident İlham Əliyevə istinadla bildirilir.
Qeyd edək ki, ümumilikdə qonşu ölkənin 50-dən çox portal və televiziyasında 90-a yaxın material yayımlanıb.

Siyasi       Tarix: 07 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub

Buxarada keçirilən "Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi" çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqram

Prezident 'Rebuild Karabakh' sərgisinin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. xəbər verir ki, dövlət başçısının müraciət

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. xəbər verir ki, o bu barədə "X" sosial media hesabınd

Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında ərazilərin ehtimal olunan mübadiləsi ilə bağlı son bəyanatlarına aydınlıq gətirərək, Kərki (Tiqranaşen) və digər ərazilər üzrə məsələnin həlli ilə bağl

AQEM-də İlham Əliyevin çıxışı: Ermənistanın məsuliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti gündəmdə

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyəti, eləcə də beynəlxalq təşkilatların münaqişələrin həlli istiqamətindəki fəaliyyəti ilə bağl

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin nəticəsind

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib. xəbər verir ki, bu barəd

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə nazirlik X hesabında paylaşım edib. "Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsind

"Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər"

Ermənistan və Türkiyə arasında dialoq və münasibətlərin normallaşdırılması prosesi sərhədin istənilən an açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər irəliləyib. apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanı


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat xeberleri xabar az cəbhədən son durum xeber