Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, "Gürcü Arzusu" irəlidədir
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib.
Səslərin 70,9 %-i işlənildikdən sonra "Gürcü Arzusu" 52,98 % səs toplayıb. "Gürcü arzusu"na 921 067 seçici səs verib.
Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:
"Dəyişiklik Koalisiyası" – 11,2 %, "Vahidlik – Milli Hərəkat" – 9,8 %, "Güclü Gürcüstan" – 9 %, "Qaxariya – Gürcüstan naminə" – 8,2 %.
Qalan partiyalar 5 %-lik baryeri keçə bilməyiblər.
Parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.
Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub