Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır - ŞƏRH

Gürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır - ŞƏRHGürcüstan ruhaniləri millətçiliyi alovlandırır, Bakı ilə Tbilisi arasında gərginliyi artırır - ŞƏRH
"Gürcüstandakı azərbaycanlılar həmişə mövcud hakimiyyətə münasibətdə loyallıqları, ölkənin ərazi bütövlüyünün qorunmasında göstərdikləri fədakarlıqla fərqləniblər. Onlar heç vaxt separatçılığa, bölücülüyə müsbət münasibət bəsləməyiblər".
Bunu Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Marneulidə Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovun abidəsinin sökülməsi tələbinə münasibət bildirərkən deyib.
Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan heç bir bərpa işləri aparılmadığından, abidə qəzalı və baxımsız vəziyyətə düşüb. 
Bu yaxınlarda abidənin təmir-bərpa işləri Marneulinin icra başçısı Zaur Darğallının təşəbbüsü ilə həyata keçirilib.
Amma bu, Marneuli və Hucabi yepiskopu Georginin qəzəbinə səbəb olub. Din xadiminin fikrincə, Nərimanov Gürcüstanın ərazi bütövlüyünün pozulmasında böyük rol oynayıb və hakimiyyətə abidənin sökülməsi üçün bir həftə vaxt verib.
Ekspert Qabil Hüseynli qeyd edib ki, son zamanlar gürcülərin içərisində bəzi radikal millətçilik əhval-ruhiyyəsi yayan təxribatçı şəxslər peyda olub.
Onun sözlərinə görə, həmin millətçilər gürcülərin azərbaycanlılarla müqayisədə üstünlüyünü təbliğ edir və uzağa gedən təhlükəli şüarlar səsləndirirlər.
"Gürcüstan kimi demokratiyanın inkişaf etdiyi ölkədə millətçilik azarını yayanlar, sözsüz ki, Gürcüstanın özünə qarşı çıxış etmiş olurlar", - deyə Q.Hüseynli əlavə edib.
N.Nərimanovun Marneulidəki heykəlinin sökülməsi tələblərinin səsləndiyi bir zamanda paralel olaraq Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında ədavəti qızışdırmağa cəhdlər edilir.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər.
DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb.
Politoloq Q.Hüseynli söyləyib ki, Gürcüstanın xüsusi xidmət orqanları şovinist qüvvələri cəmiyyətdən təcrid etməyə çalışırlar.
O, proseslərin mənfi məcraya yönəlməsində erməni faktorunun da rolunu istisna etməyib:
"Belə məlumatlar var ki, Gürcüstanda təxminən bir milyona yaxın erməni uzun illər boyu assimilyasiyaya uğrayaraq, gürcü soyadlarını qəbul ediblər. Ancaq onlar erməni kimi qan yaddaşlarını unutmayıblar. Belə adamlar Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək niyyətindədirlər. Azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmağa çalışanlar arasında xeyli vəzifəli şəxslər də var".
Politoloqun fikrincə, Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasında maraqlı olan üçüncü qüvvənin – "beşinci kolon"un da əli var.
"Son zamanlar Gürcüstandakı "beşinci kolon"a təlimat gəlib ki, ölkədə qarşıdurma yaratsın. Eyni zamanda, bölgədə strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətlərini korlamağı qarşılarına məqsəd qoyublar.
Müəyyən din xadimlərinin proseslərə cəlb olunması və qızışdırıcı rol oynaması da təsadüfi deyil. Gürcüstanın hakimiyyət orqanları baş verən hadisələrin siyasi anatomiyasını çox gözəl dərk edir", - deyə Q.Hüseynli şərhində bildirib.
Aqşin Kərimov

Siyasi       Tarix: 01 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler