Gürcüstanın keçmiş məmurlarının evlərində axtarış TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin evlərində axtarış aparılıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş Prokurorluğunda brifinq keçirilib.
Qeyd olunub ki, onların evlərindən ümumilikdə 7 milyon 2 min 200 ABŞ dolları və 136 min lari məbləğində nağd pul götürülüb.
Bildirilib ki, əməliyyat zamanı 198 ədəd qızıl-zinət əşyası və saat, bahalı rəsm əsərləri, bir neçə min vərəq sənəd, eləcə də 50 mobil telefon və 119 ədəd elektrik avadanlığı da sübut kimi götürülüb. Əməliyyat oktyabrın 17-də səhər saat 10:00-dan etibarən Tbilisidə, eləcə də Dedoplistskaro, Vani, Çoxatauri və Borjomi rayonlarında keçirilib. Ümumilikdə 24 yaşayış ünvanında və bir neçə fərdi şəxsdə axtarış aparılıb.
Axtarış tədbirlərində Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin 230-a yaxın əməkdaşı iştirak edib.
Hazırda istintaq orqanları götürülmüş pul və əşyaların mənşəyini araşdırır, eləcə də toplanmış sənədlər və elektron cihazlar üzərində texniki analiz aparılır. Rəsmi məlumata görə, istintaqın nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib