Haçaqayaya haçalanmış münasibət: Baxımsızlıq, yoxsa məsuliyyətsizlikdən yaranan problem - REPORTAJ
Haçaqayaya haçalanmış münasibət: Baxımsızlıq, yoxsa məsuliyyətsizlikdən yaranan problem - REPORTAJ
Azərbaycanın turistik rayonlarından biri olan Tovuz iki böyük dərənin - Əsrik və Xınnanın kənarında yerləşir. Yaşıllıqları ilə göz oxşayan Əsrik dərəsi turistlərin və yerli sakinlərin istirahət üçün daha çox baş çəkdiyi məkan kimi tanınır.
Sıldırım qayaları və yaylaqları olan Xınna isə Haçaqaya dağına görə məşhurdur. Dağ öz adını üç yerə bölünmüş böyük qaya daşına görə alıb. Yerli sakinlər qədim əfsanəyə əsasən qayanın İmam Əlinin qılıncı ilə yarıldığına inanaraq buranı ziyarətgaha çeviriblər. Turistlər isə dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən Haçaqayanı əsrarəngiz mənzərəsinə görə xoşlayırlar.
Səmada süzən qartal, ayağının altında sıldırım qayalıq və dərə, uzaqdan baş-başa vermiş dağların arasında yerləşən kiçik kəndlər insanı bir başqa valeh edir.
Qeyd edək ki, Haçaqayaya Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə çəkilən və 2019-cu ildə tikintisi başa çatan yoldan artıq əsər-əlamət qalmayıb. Belə ki, Sarıtala kəndindən 9 km məsafədə yerləşən məkana qədər uzanan yol baxımsızlıq səbəbindən çox bərbad vəziyyətə düşüb.

Uçurumun kənarında avtomobillə hərəkət etmək peşəkar sürücülük bacarığı tələb edir. Düşünürəm ki, yağışlar başlayandan sonra sözügedən məkana getmək qeyri-mümkün olacaq.
Azərbaycanın ən gəzməli-görməli yerlərindən birinə gedən yolun bu vəziyyətdə olması və insanların bu gözəllikdən məhrum qalmasına təəssüflənməmək olmur.









Emilya Tağıyeva

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir