Hacı Nuran tanınmış rejissorun səhhətindən danışdı - AÇIQLAMA + FOTO
Hacı Nuran tanınmış rejissorun səhhətindən danışdı - AÇIQLAMA + FOTO
Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyevanın vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-a aparıcı Nuran Hüseynov məlumat verib.
Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyevanın ayağı amputasiya edilib. Bu barədə məlumatı aparıcı Hacı Nuran Hüseynov öz "Instagram" profilində paylaşıb. O, 74 yaşlı rejissorun fotolarını paylaşaraq, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyini və ağrıları olduğu üçün ayağının amputasiya edildiyini yazıb.
Onun sözlərinə görə, qocaman rejissor bir neçə müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir:
"Gülçöhrə xanım mayın 19-da əməliyyat olunub. Bir neçə müddətdir ki, ağır şəkər xəstəliyindən əziyyət çəkir. Şəkəri yüksək olduğu üçün vəziyyəti çox pisləşib. Şəkərinin səviyyəsini aşağı sala bilmirdilər. Ayağında çürümə gedib. Həkim deyib ki, "bədənində qan işləmir". Məcbur amputasiya olunub. Bir neçə il öncə yoldaşı rəhmətə gedib. Özü də bir neçə il öncə açıq ürək əməliyyatı keçirib".
N.Hüseynov qeyd edib ki, xəstəlik digər ayağına da təsir edə bilər:
"Yarası sağalandan sonra ayağına protez qoyulmalıdır. Öz hesabına müalicə alır. Bir tək istəyi protez qoyulmasıdır. Tibdə elədir ki, dərhal protez qoyula bilməz. Yara bağlanandan sonra olacaq. Şəkərinin səviyyəsi yenə də yüksəkdir. Bu səbəbdən müalicələri davam edir. Yaşı da çoxdur. Xəstəlik o biri ayağına da təsir edə bilər".
Qeyd edək ki, Prezident təqaüdçüsü Gülçöhrə Şəfiyeva Heydər Əliyev Sarayının keçmiş baş rejissoru olub.
Nəzrin Vahid
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
İsraildən ŞOK HƏDƏ: "Tehranı azad edəcəyik"
Kreml nöqtəni qoydu: "Qara dənizdəki gəmilər məhv ediləcək"