"Hadisələri qabaqlamayaq" – KTMT baş katibindən Ermənistanla bağlı diqqətçəkən mesaj

"Mən həmişə demişəm ki, təkcə ölkə rəhbərliyinin (söhbət KTMT-yə münasibətdən gedir – red.) deyil, həm də erməni xalqının bu və ya digər məsələlərlə bağlı öz fikri var. Buna görə də hadisələri qabaqlamayaq".
KONKRET.az xəbər verir ki, bu sözləri KTMT-nin baş katibi Taalatbek Masadıkov bildirib. Onun sözlərinə görə: "Ümumiyyətlə, postsovet məkanında hakimiyyətin mövqeyi ilə xalqın mövqeyini bir-birindən ayırmağa və qarşı-qarşıya qoymağa çalışmaq təəccüblü və kifayət qədər xoşagəlməz bir ənənəyə çevrilib (əlbəttə ki, bu, kimlərəsə sərf edəndə).
Bəlkə də bunun səbəbi odur ki, bu məkanın böyük hissəsində hakimiyyətin formalaşmasının xalqdan asılı olmadığı barədə bir aksioma hökm sürür. Halbuki Ermənistanda olduğu kimi, vətəndaşlar seçkilər vasitəsilə hakimiyyəti formalaşdırdıqda, bu o deməkdir ki, hakimiyyət məhz həmin vətəndaşların əksəriyyətinin mövqeyini ifadə edir.
Əlbəttə, hakimiyyət səhv edə bilər. Ancaq demokratik ölkələrdə xalqın öz narazılığını hakimiyyətə çatdırmaq üçün vasitələri olur və hakimiyyət də vətəndaşların fikri ilə hesablaşmağa məcbur qalır".
Erməni ekspert Baqramyan qurum rəsmisinin sözlərinə belə şərh yazıb:
"Görəsən, Taalatbek Masadıkov Ermənistanda vətəndaşların hakimiyyətdən KTMT ilə münasibətləri gücləndirməyi tələb etdiyi on minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarını görübmü? Əminik ki, görməyib. Buna görə də bu bəyanat manipulyasiya xarakteri daşıyır.
Bundan əlavə, "erməni xalqı" anlayışı daxilində o qədər fərqli baxışlar var ki, onları vahid fikir kimi təqdim etmək demək olar ki, mümkün deyil. Belə məsələlərdə isə qərarı "erməni xalqı" deyil, milliyyətindən asılı olmayaraq Ermənistan vətəndaşları verir.
Masadıkov "erməni xalqı" anlayışına Marqarita Simonyanı da, Aram Qabrelyanovu da aid edib onların fikrini soruşa bilər. Lakin Ermənistan vətəndaşları üçün onların fikri tamamilə əhəmiyyətsizdir. Buna görə də baş katibin bu ifadəsi də manipulyativ xarakter daşıyır.
Ağagül Mürsəlov,
KONKRET.az

Siyasi       Tarix: 27 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az son.xabar butun xeberler xeber