Hamilə qadınları və xərçəng xəstələrini ürəkbulanmadan qoruyacaq hormon aşkar edildi

Hamilə qadınları və xərçəng xəstələrini ürəkbulanmadan qoruyacaq hormon aşkar edildiHamilə qadınları və xərçəng xəstələrini ürəkbulanmadan qoruyacaq hormon aşkar edildi
Dölün ifraz etdiyi GDF15 hormonu hamilə qadınlarda ürəkbulanma və qusmaya səbəb olur ki, bu da bəzi hallarda qadının və gələcək körpənin həyatı üçün təhlükə yarada bilər. Hamiləlikdən əvvəl qadınlara bu hormonun vurulması ürəkbulanmanı azalda bilər.
Bununla bağlı "Nature" jurnalında araşdırma dərc edilib.
Qadınların 80%-i hamiləliyin bəzi mərhələsində ürəkbulanma və qusmadan, 2% isə bu halların ağır formasından - hiperemezisdən əziyyət çəkirlər. Bu vəziyyət çəki itkisinə, susuzluğa və xəstəxanaya yerləşdirməyə səbəb ola bilər.
Yeni bir araşdırma, GDF15 hormonunun yüksək səviyyəsi ilə hamilə qadınlarda ürək bulanmasının şiddəti arasında səbəbli əlaqənin olduğunu göstərib. Hormona həssaslığı artıran mutasiyaları olan qadınlar daha ağır simptomlardan əziyyət çəkirlər. Lakin dölə irsi olaraq GDF15 hormonunun ifrazını azaldan mutasiya keçərsə, anada hiperemezisin inkişaf etmə ehtimalı az ola bilər.
Alimlər həmçinin müəyyən ediblər ki, irsi qan xəstəliyi olan beta talassemiyadan əziyyət çəkən xəstələrdə hamiləlik zamanı ürəkbulanma və qusma daha az hallarda müşahidə olunur. Bunun səbəbi, onların qanında GDF15 hormonunun xroniki olaraq yüksək səviyyədə olmasıdır, yəni orqanizmləri artıq buna alışıb.
Dişi siçanlarda aparılan tədqiqatlar göstərib ki, GDF15 hormonunun aşağı konsentrasiyalarda orqanizmə yeridilməsi heyvanlarda ona qarşı həssaslıq inkişaf etdirməyə və hormonun yüksək dozalarında belə ürəkbulanma və qusmanın qarşısını almağa imkan verir. Alimlər bu yanaşmanı hiperemezis keçirmiş və yeni hamiləlik planlaşdıran qadınlarda sınaqdan keçirməyi planlaşdırırlar. Bundan əlavə, GDF15-in beyindəki reseptoruna bağlanmasına mane olan dərmanlar artıq sınaqdan keçirilir. Onlardan xərçəng müalicəsi nəticəsində ürəkbulanma və qusmadan əziyyət çəkən xəstələr üçün istifadə edilməsi planlaşdırılır.
Mənbə: gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 14 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler