Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTO

Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTOHamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTO
Hamilə qadınların vitamin və minerallara ehtiyacı kəskin şəkildə artır. Onların bəziləri qidadan, bəziləri isə əlavələr şəklində əldə edilə bilər.
Bu barədə rusiyalı tibb elmləri doktoru Anna Marçenko danışıb.
Onun sözlərinə görə, hər bir qadına uşağın düzgün inkişafı üçün beş əsas mikroelement lazımdır.
Bunlardan birincisi fol turşusudur (vitamin B9).
Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTO"Fol turşusu hüceyrələrin böyüməsini və yenilənməsini təmin edir. Onun çatışmazlığı döldə qüsurların artmasına gətirir. Ən çox görülən sinir borusu qüsurudur və ilk trimestrdə meydana gəlir. Buna görə də, fol turşusunun çatışmazlığı uşaqda onurğa sütununun parçalanması, "dovşan dodaqlıq" və ya dodaq-damaq yarığı kimi nəticələrə səbəb ola bilər", - deyə həkim izah edib.
Növbəti çox vacib mikroelement D vitaminidir.
Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTO"O, orqanizmdə kalsium mübadiləsini tənzimləyir: sümük toxumasının və diş minasının formalaşmasına, əzələlərin yığılmasına, sinir impulslarının ötürülməsinə cavabdehdir, maddələr mübadiləsinə, immun və hormonal sistemlərə təsir göstərir. D vitamini çatışmazlığı gələcək körpənin skeletinin inkişafına mənfi təsir göstərə bilər və yeni doğulmuş körpədə raxit xəstəliyinə səbəb ola bilər. Ancaq bu vitaminin əlavə olaraq qəbul edilib-edilməməsinə yalnız həkim qan testlərinə əsasən qərar verə bilər. Əgər hamilə qadın tam və balanslı qidalanırsa, gündüzlər çöldə gəzirsə, bir qayda olaraq, ona əlavə D vitamini dozası lazım deyil. Onun həddindən artıq dozası təhlükəlidir və zəhərlənmə ilə nəticələnə bilər", - deyə həkim qeyd edib.
Hamilə qadın üçün dəmir də az əhəmiyyət kəsb etmir.
Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTO"Bu, dölün beyninin inkişafı, plasentanın formalaşması, həmçinin vaxtında doğmaq, dölün böyüməsində problemlərin profilaktikası, anada preeklampsiyanın (qan təzyiqinin artması və ödem) qarşısını almaq üçün lazımdır. Normal qidalanma ilə hamilə qadın qidadan kifayət qədər dəmir alır. Onun çox hissəsi heyvan mənşəli zülallarda olur. Buna görə də hamilə qadınlar vegetarian pəhrizə riayət etməməlidirlər. Dəmir səviyyəsinin aşağı olması dölün normal inkişafına mane ola bilər. Artıq doza təhlükəli deyil və bir qayda olaraq, ciddi nəticələrə səbəb ola bilməz. Lakin dəmirin normadan artıq olması beynin normal fəaliyyətini təmin edən və orqanizmin immun reaksiyasının formalaşmasında iştirak edən sinkin mənimsənilməsi prosesini poza bilər", - deyə ekspert vurğulayıb.
Növbəti mikroelement yoddur.
Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTO"Onun çatışmazlığı uşaqda əqli qüsurun inkişafına səbəb ola bilər. Doza həddinin aşılması halında, artıq yod bədəndə yığılmır, sidiklə birlikdə xaric olur. Lakin bu mikroelementin böyük dozaları uzun müddət ərzində orqanizmə daxil olarsa, bu, qalxanabənzər vəzinin düzgün fəaliyyətini poza bilər", - deyə ginekoloq xəbərdarlıq edib.
Siyahını kalsium bağlayır.
Hamilələr üçün beş vacib vitamin: Artığı da ziyandır, əskiyi də - SİYAHI/FOTO"Bu, doğulmamış uşağın skeletinin düzgün formalaşması və ananın dayaq-hərəkət sisteminin sağlam vəziyyətdə saxlanması üçün lazımdır. Tədqiqatlar göstərib ki, hamiləlik dövründə kalsium çatışmazlığı olmayan qadınların sonrakı həyatlarında osteoporoz riski daha azdır. Kalsium əlavələrini özünüz təyin etməsəniz daha yaxşıdır. Həddindən artıq doza hamilə qadın üçün heç də az əhəmiyyət kəsb etməyən dəmirin sorulmasına mane olur", - deyə həkim yekunlaşdırıb.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 28 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun