Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMA 

Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMA Bəzən deyirlər ki,  xalı çox olan adamın düşməni də çox olar. Bu, əlbəttə ki, xalq deyimidir.
Bəs doğrudan da, xalların çox və ya az, böyük və ya balaca, müxtəlif rəngdə və ölçüdə olmağı nəyin göstəricisidir? Biz hansı hallarda narahat olmalıyıq. Bütün bu suallara gəlin birlikdə aydınlıq gətirək. Ondan başlayaq ki, xallar, müasir dildə desək, nevus melanositdən ibarət piqment ləkələri və düyünləridir.
KONKRET.az"Kaspi" qəzetinin bu haqda məqaləsini təqdim edir.
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov deyir ki, bütün insanların bədənində xal var:
"Xalın az olması da, çox olması da normal haldır və bundan narahat olmağa dəyməz. Xallar – törəmələri xoşxassəli, xərçəngönü və artıq dəri xərçənginə keçən törəmələr kimi üç qrupa bölünür. Xoşxassəli xallar simmetrik, eyni rəngli olur. Amma bir də var ulduz kimi, kələ-kötür xallar. Bu cür xalların artıq bədxassəli olmasına şübhə var. Bundan başqa, xoşxassəli xallar qanaxmaya meyilli, ağrılı, göynəməli deyil. Amma bədxassəlidə ağrıma, göynəmə, qaşınma ola bilər. Bunlar ilkin simptomlardır. Hər bir insan bunlara diqqət yetirməli, xallarını nəzarət altında saxlamalıdır. Əgər bədəndə uzun müddət olan xalın üstündə heç bir dəyişiklik yoxdursa, qaşınma, göynəmə vermirsə, qanaxmaya meyilli deyilsə, bu, xoşxassəli xaldır. Amma qısa müddət ərzində ölçüsü böyüyürsə, rəngində dəyişiklik baş verirsə, artıq narahat olmaq lazımdır. Rəng dəyişikliyi deyəndə nəyi nəzərdə tuturuq? Qəhvəyi, qara, göy, mavi və s. rəngli xallar var. Xal bütövlükdə eyni rəngdədirsə, bundan qorxmaq lazım deyil. Amma bəzən bir xalın içində bir neçə rəngin çalarını görürük. Məsələn, qara fonun içində göy və ya qəhvəyi rəng müşahidə edirik. Yəni bir xalda bir neçə rəng çaları görürüksə, artıq şübhələnmək, həkimə müraciət etmək lazımdır. Əgər xalın simmetriyası pozulubsa, (xalı sanki gözlərinizlə tən ortadan bölün və "hissələrinə" diqqətlə baxın. Əgər hissələr bir-birindən fərqlənirsə), kənarları nahamar olub, dalğavari və dişli şəkil alıbsa, rəngi dəyişilibsə, birdən-birə böyüyübsə, üzərində çatlar, qabıqlar əmələ gəlibsə,  qanamağa başlayıbsa, bu, təhlükə simptomudur".
Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMA Həkim bəzən insanların xallardan qurtulmaq istəyindən də danışdı:
"Xoşxassəli xallar əgər insanda hər hansı bir kompleks yaratmırsa, qala bilər. Məsələn, üz nahiyəsində olan və görünüşü ilə bağlı kompleks yaradan xallar götüzdürülə bilər. Amma heç bir narahatlıq yaratmırsa, qalsın. Kişilər hər gün üzlərini təraş edir. Əgər üzündə xoşxassəli xal varsa, təraş vaxtı qıcıqlanmaya məruz qalır, zədələnir, mikro və böyük travmalar da alır. Bu da xalın növbəti mərhələyə keçməsinə səbəb olur. Yəni xoşxassəli olmasından, kompleks yaratmasından asılı olmayaraq, gündəlik qıcıqlanmaya məruz qalan xalların götürülməsi məsləhətdir. Günəş şüası da xala birbaşa qıcıqdır. Solyari şüasının gücü isə günəş şüasının gücündən min dəfə çoxdur. Bu da dərini (xalları) qıcıqlandırır, həm də dəri xərçənginin yaranması üçün şərait yaradır. Təsəvvür edin, biz dənizə getməyi – günəş şüalarının qəbulunu səhər saat 7-11 arası, bir də axşam saat 5-7 arası tövsiyə edirik. Qalan vaxtlar günəş şüası ziyandır, o ki ola solyari. Xanımlar lazer epilyasiyasından istifadə edirlər. Lazerin işi dəridə tünd nöqtələri – tükləri tapıb vurmaqdır. Xallar da tünddür, deməli, onları da vurur və xallar qıcıqlanır. Geyimin özü də qıcıq mənbəyi sayıla bilər".
Hansı halda xaldan qurtulmaq olar? - ARAŞDIRMA 

Sağlamlıq       Tarix: 19 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xeberler az son xəbər xeber.az bu gun