Hansı Yeni İl hədiyyələri uşaqlar üçün təhlükəlidir?

Hansı Yeni İl hədiyyələri uşaqlar üçün təhlükəlidir?Hansı Yeni İl hədiyyələri uşaqlar üçün təhlükəlidir?
Uşaqlar üçün hədiyyə olaraq yaramayan keyfiyyətsiz oyuncaqları ilk növbədə kəskin kimyəvi qoxusu ilə müəyyən etmək mümkündür.
Bu barədə Moskva Səhiyyə Departamentinin baş mütəxəssisi Andrey Tyajelnikov məlumat verib.
O, bildirib ki, körpələr üçün Yeni İl hədiyyəsi seçərkən kiçik detalları olmayan oyuncaqlara üstünlük vermək lazımdır.
"Uşaqların maqnit konstruktorları ilə çox sayda xoşagəlməz hadisə yaşadıqlarını bilirik. Azyaşlılar oyuncaqların kiçik hissələrini udur, onlar yemək borusunda birləşərək həyat üçün böyük təhlükə yaradır. Bu baxımdan kiçik və iti hissələri olan istənilən konstruktor və ya digər oyuncaqlar təhlükəlidir. Körpələr hər şeyi ağızlarına aparırlar və oyuncaq seçərkən bu, mütləq nəzərə alınmalıdır", - deyə ekspert bildirib.
O, atıcı oyuncaqların azyaşlılara zədə yetirə biləcəyilə də bağlı xəbərdarlıq edib.
Bununla yanaşı, Tyajelnikov hədiyyə seçərkən onun hazırlandığı materiallara da xüsusi fikir verməli olduğumuzu xatırladıb.
"Keyfiyyətsiz oyuncağı kəskin kimyəvi qoxu, parlaq zəhərli rəngləri ilə tanımaq olar. Amma təhlükəsizliyə zəmanət vermək üçün satıcıdan keyfiyyət sertifikatı tələb etmək lazımdır", - deyə o əlavə edib.
Mənbə: "RİA Novosti" /oxu.az

Maraqlı       Tarix: 27 dekabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta beynelxalq bank mezenne xeber.az son xeberler sonxeber az