Harri və Meqanın titullarından məhrum edilmələri üçün fərman hazırlanır - FOTO
Harri və Meqanın titullarından məhrum edilmələri üçün fərman hazırlanır - FOTO
Britaniya parlamentinin mühafizəkarlardan olan deputatı Bob Sili ölkənin Məxfi Şurası üçün fərman hazırlayır. Həmin sənədlə Şura Şahzadə Harri və Meqan Marklın hersoq titullarını ləğv etmək imkanı qazanır.
Bu barədə parlamentarinin özü məlumat verib.
Bildirilir ki, bu qərara Şahzadə Harri və Meqan Marklın həyatı barədə sənədli serialın ilk üç seriyasının yayımlanmasından sonra gəlinib.
"Əgər bu gənc kral ailəsinə bu qədər nifrət edirsə, niyə titullarından istifadə edir?" - deyə Bob Sili bildirib.
O, Şahzadə Harri və Meqan Marklın onlara sərf etdiyi vaxt kraliyyət titullarından istifadə etdiklərini söyləyib.
"Əminəm ki, titullardan könüllü olaraq imtina etmək onlar üçün ləyaqətli olardı. Əgər istəmirlərsə, buna kömək etmək üçün qanun layihəsini irəli sürməyə çalışan çoxlu insan var", - deyə İcmalar Palatasının üzvü əlavə edib.
Parlamentarinin sözlərinə görə, kral ailəsində irqçiliyin geniş yayılması fikrini bir saniyə belə yaxınına buraxmır.
Xatırladaq ki, Şahzadə Harri və Meqan Markl haqqında sənədli serialın ilk üç seriyası bir gün əvvəl, dekabrın 8-də yayımlanıb. Bu hissədə cütlük kral ailəsində qaradərililərə qarşı "şüuraltı qərəz"in olduğunu deyərək, Birləşmiş Krallığı "İmperiya 2.0" adlandırıb, həmçinin ölkənin müstəmləkə keçmişinin hələ də köhnəlmədiyini deyib.
Qeyd edək ki, Harri və Meqanı titullarından məhrum etmək üçün 1917-ci il qanununa edilən düzəlişdən istifadə oluna bilər. Həmin vaxt bu düzəliş kral ailəsinin Birinci Dünya müharibəsi zamanı Almaniyanı dəstəkləyən üzvlərinə qarşı nəzərdə tutulmuşdu.


Mənbə: Daily Mail / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR