Həkim: "Avqustda IV dalğa olacaq, "evdə qal" kampaniyası yenidən gözlənilir" - VİDEO

Həkim: "Azərbaycanda IV dalğanın avqustun ortasından sonra baş verməsi gözlənilir".
Bunu "ARB 24"ün "Gündəm" verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, IV dalğa zamanı yoluxma sayında daha ciddi artım ola bilər:
"Delta ştammı digərləri ilə müqayisədə minimum üç dəfə daha tez yayılır. Bizdə üç dalğa olub. I dalğada həm hazır deyildik, həm də ciddi qapanmalara getdik. II dalğada isə aktiv yoluxmuş insan sayı 66 minə qədər çatdı, qapanmalara isə 25-30 min nəfərdən sonra gedildi. III dalğada isə dünyanın bir çox ölkəsində qapanma oldu, lakin Azərbaycanda olmadı. Çünki III dalğada aktiv xəstə sayı ən çox 11 minə yaxınlaşdı.
Dövlət yoluxma sürətini təhlil edərək qapanmalara getməyi uyğun görmədi. IV dalğa zamanı isə artıq II dalğada xəstələnmiş şəxslərin immuniteti bitmiş olacaq. Bu isə 100 minlərlə insandır. Həmçinin peyvənd olunmuş insanların da qoruyuculuğu bitəcək və onlar III doza peyvənd vurdurmalıdır.
Azərbaycanda IV dalğa təxminən avqustun ortasından sonra gözlənilir. Hesab edirəm ki, IV dalğa III dalğadan bir az daha güclü olacaq. Qapanmalar, "evdə qal" kampaniyası, iş yerlərinin bağlanması gözlənilir. Biz kifayət qədər yataq hazırlamışıq. Məndə olan məlumata görə, dövlət ciddi şəkildə hazırlıq görüb. Xeyli dərman alınıb, yataq sayları artırılıb, yeni korpuslar açıblar. Hər şeyə hazırdırlar. Buna görə çalışacaqlar ki, bağlamasınlar. Hesab edirəm ki, toylar və digər məclislər bir müddət qadağan olunacaq".

Sosial       Tarix: 24 iyul 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Teymur Musayevin müavinlərinin sayı artırıldı

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, səhiyyə nazirinin müavinlərinin say

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü

Sabahın hava proqnozu açıqlandı

İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib. İlkin məlumata görə, "KIA"

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər apa.az xeberler cəbhədən son xəbərlər 2026 valyuta mezenesi