Həkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdi

Həkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdiHəkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdi
Payızda ruh düşkünlüyünə səbəb olan əsas amil D vitaminin yaranmasının azalmasıdır.
Bu barədə Rusiyalı həkim-endokrinoloq Svetlana Şokur danışıb.
"Payızda gündüz saatları qısalır və yağışlı havalar başlayır. Buludların arasından parlayan günəş çox vaxt D vitaminin yaranması üçün lazımi miqdarda günəş işığı vermir", - deyə endokrinoloq izah edib.
Həkimin sözlərinə görə, payızda qanda melatoninin konsentrasiyası artır və buna görə də biz daha çox yatmaq istəyirik.
"Melatoninin yaranması üçün triptofan amin turşusu istifadə edilir. Triptofan həm də xoşbəxtlik hormonu kimi tanınan serotoninin yaranmasında iştirak edir. Beləliklə, triptofan ya serotonin, ya da melatonin yaranması üçün istifadə olunur. Nəticə etibarilə, payızda daha çox melatonin yaranırsa, deməli serotonin daha az olur. Bu səbəbdən əhvali-ruhiyyəmiz pisləşə bilər. Payızda tərkibində triptofan olan qidaları qəbul etmək vacibdir: hinduşka, pendir, çərəz (məsələn, qoz, fındıq, badam) və s. Payızda, həmçinin digər bir sevinc hormonu olan dofaminin səviyyəsinin aşağı düşməsi də mümkündür, buna görə də onun sintezini artıran qidalar qəbul edə bilərsiniz", - deyə o qeyd edib.
S.Şokur vurğulayıb ki, yay aylarında orqanizmi gələcək il üçün vitaminlərlə zənginləşdirmək mümkün deyil: onlar orqanizmə daxil olur, öz funksiyalarını yerinə yetirir, sonra isə parçalanır və bədəndən xaric olurlar.
"Payızda daha çox stresli vəziyyətlər yarana bilər: işdə yükün artması, dərs ilinin başlanması və s. Sinir sistemini dəstəkləmək üçün maqnezium faydalı olacaq. Davamlı olaraq əhvali-ruhiyyənin aşağı olması, qıcolma, əzələlərin səyirməsi zamanı maqnezium çatışmazlığından şübhələnmək olar. Həmçinin payız dövründə xroniki və yoluxucu virus xəstəliklərin kəskinləşməsi mümkündür. Belə bir vaxtda qida rasionunuza vitaminlər - antioksidantlar əlavə etmək vacibdir. Onlardan ən məşhuru sitrus meyvələri, kələm turşusu, bibər, qarağat və digər qidaların tərkibində olan C vitaminidir. Digər bir antioksidant E vitaminidir ki, onu bitki yağlarından, qoz-fındıqdan, qaraciyərdən almaq olar", - deyə mütəxəssis əlavə edib.
Həkim vitamin və bioloji aktiv qida əlavələrini nəzarətsiz qəbul etməməyi məsləhət görüb. Müxtəlif maddələr bir-birinin təsirini gücləndirə və ya zəiflədə bilər, əlavə təsir riskini artırır. Bu səbəbdən sağlamlığa ziyan dəyə və allergik reaksiya yarana bilər.
"Qəhvə və alkoqoldan sui-istifadə, bədəni əlavə olaraq yükləyən və orqanizmi tədricən tükəndirən enerji içkilərinin də olduğu kimi orqanizmə fayda verməyəcək. Zamanla "süni" gumrahlıq həddindən artıq yorğunluqla əvəz oluna bilər. Əgər söhbət şirniyyatdan gedirsə, təbii ki, şəkəri yüksək olan qidalar insanı gumrahlaşdırır. Qlükoza hazır yanacaqdır, belə qidalanma rejimi zamanı metabolik sindrom, damar xəstəlikləri və endokrin patologiyalar, o cümlədən ikinci tip şəkərli diabet inkişaf edə bilər", - deyə Svetlana Şokur söhbətini yekunlaşdırıb.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 13 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber