Həm kalorisi, həm də faydası çox olan 5 məhsul
Pendir, şokolad, avokado, zeytun yağı kalorili olmalarına baxmayaraq, sağlamlıq və bədən quruluşuna müsbət təsir göstərirlər.
Pendir. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əzələ yığmaqda kömək edən zülalla yanaşı, pendirdə çoxlu maqnium, kalsium, fosfor, B12 vitamini var ki, onlar da bağırsaqda metabolik proseslərin düzgün tənzimlənməsinə xidmət edir.
Şokolad (qara). Şokoladın tərkibində çoxlu yağ olmasına baxmayaraq, faydalı mikroelementlərin (maqnium, dəmir, kalium, manqan, natrium, B1 və B2 vitaminləri) zənginliyi sayəsində bu məhsul xolesterinin toplanmasını azaldır. Bundan başqa, qara şokalad hədsiz iştahın ideal yatırıcısıdır.
Yumurta. Tərkibindəki böyük miqdarda xolesterinə görə o, yağlı məhsullara aiddir. Lakin son tədqiqatlar göstərir ki, yumurtanın tərkibindəki xolesterin qandakı xolesterinin səviyyəsinə təsir göstərmir. Bu məhsul bizi orqanizm tərəfindən asanlıqla həzm olunan zülalla təmin edir. Bədən quruluşunun ideal olmasında vacib qida maddələrindən biri də zülaldır.
Avokado. İsrailli alimlər kaliumla zəngin olan məhsulların çəkinin azalmasına təsir göstərdiklərini müəyyən ediblər. Avokado tərkibindəki kaliuma görə yetərincə fərqlənir. Onda digər meyvələrlə müqayisədə 40% daha çox kalium var.
Zeytun yağı. O, iştahı və qan təzyiqini aşağı salır, eləcə də anti-iltihabi gücə malikdir. Zeytun yağı sürətli yağ yandırmağa müsbət təsir göstərir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ