"Hər şey bahalaşacaq" - Mərkəzi Bankın yeni proqnozu nədən xəbər verir?

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya ilə bağlı növbəti qərarını açıqlayıb.
Belə ki, AMB-nin yeni proqnozlarına əsasən, Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 6,1 faiz, 2027-ci ildə isə 5,8 faiz olacağı gözlənilir. Halbuki qurum əvvəlki proqnozunda bu göstəricilərin müvafiq olaraq 5,9 və 4,5 faiz təşkil edəcəyini bildirmişdi.
Məlumat üçün bildirək ki, uçot faiz dərəcəsi Mərkəzi Bankın pul-kredit siyasətinin əsas alətlərindən biri hesab olunur. Bu göstəricidə edilən dəyişikliklər bank sektorunda kredit və depozit faizlərinə, maliyyələşmə şərtlərinə, nəticə etibarilə isə inflyasiya və iqtisadi aktivliyə təsir göstərir. Bu baxımdan AMB-nin uçot dərəcəsini dəyişməz saxlaması bazar iştirakçıları tərəfindən gözlənilən qərarlardan biri olsa da, inflyasiya proqnozlarının artırılması yaxın dövrdə qiymət sabitliyi ilə bağlı risklərin tam aradan qalxmadığını göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı Xalid Kərimli "AzPolitika"ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın inflyasiya proqnozunu artırmasının əsas səbəbi qlobal inflyasiya riskləri və idxal inflyasiyası ilə bağlı gözləntilərdir: "Mərkəzi Bank öz bəyanatlarında bildirir ki, məzənnəni sabit saxlayacaq. Demək ki, inflyasiya proqnozunu artırması o arqumentlərdən irəli gəlir ki, qlobal ərzaq idxalı inflyasiyaya təsir edəcək. Bir də yəqin ki, tənzimlənən qiymətləri nəzərdə tuturlar, tənzimlənən qiymətlər də dəyişə bilər.
Bunun üçün enerji bazarını təhlil edirlər. Enerji qiymətləri yüksəlibsə, sonradan logistika xərclərinin artması, ərzaq qiymətlərinin bahalaşması, xidmətlərin bahalaşması şəklində ölkəyə idxal olunacaq. Çünki biz enerji qiymətlərindən danışanda sırf ona görə narahat oluruq ki, bu, inflyasiyanı artıran faktordur".
Ekspertə görə, 2026-cı ilin ilk yarısında baş verənlər və növbəti yarımillik üzrə gözləntilər – neft qiymətlərinin yüksəlməsi, logistika xərclərinin artması, Azərbaycanın idxal etdiyi tərəfdaş ölkələrdə enerji xərclərinin yüksəlməsi – həmin ölkələrdə istehsal xərclərini artıracaq: "Onların istehsal etdiyi məhsullar bahalaşacaq və bu da idxal vasitəsilə Azərbaycana gələcək. Yəni Mərkəzi Bank proqnozlarını bu aspektdən artırıb.
Üstəlik, xidmət qiymətlərinin artması ilə bağlı ciddi risklər var. Xidmətlər bahalaşacaq, logistika xərcləri artdığına görə demək olar ki, hər şey bahalaşacaq. Mərkəzi Bank bunun komponentlərini ayrıca açıqlamır, amma son bir ildə baş verən proseslər göstərir ki, dövlət tərəfindən tənzimlənən qiymətlər də təsir edir. Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri isə daha çox qlobal inflyasiyadan və idxal qiymətlərindən asılıdır. Ona görə də həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında bahalaşma davam edəcək. İndi də bahalaşma gedir və bu proses davam edəcək".

Sosial       Tarix: 31 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərd

Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəza rayonun Qərvənd qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Şirinov Əli Raci oğlunun idarə etdiyi "VAZ-21015"

Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var

Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub. APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətd

Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi

Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistandan ibarət Xəzəryanı dövlətlər Xəzər dənizinin su bioresurslarına dair ortaq məlumat bazası yarada bilərlər. Bu barədə Rusiya Balıqçılıq Agentliyi (Rosrıbolovstvo) məluma

Neft yenidən ucuzlaşdı

Dünya bazarlarında neft yenidən ucuzlaşıb. KONKRET.azxəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 105,77 dollara, yüngül neftin bir barreli isə 102,29 dollara təklif edilir

Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısında

ABŞ dollarının qlobal valyuta bazarında mövqeyinin zəiflədilməsi ehtimalı dünya iqtisadiyyatında yeni müzakirələrə yol açıb. Xüsusilə Vaşinqtonun ixracı stimullaşdırmaq və ABŞ məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətin

Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı

"Terminal Consultinq" MMC barəsində inzibati protokol tərtib olunub. Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət 2024-cü ildə "Avatar International Trade Co Limited" şirkətinə ehtiyat hissələrinin alınmas

17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

Bu gün – 17 sentyabr Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür. xəbər verir ki, Azərbaycan Talassemiya Federasiyasının sədri, pasiyent hüquqlarının müdafiəçisi Nailə Quliyeva bu münasibətlə paylaşım edib. O bildirib ki, Ümumdüny

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür. xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya gəlib. Bu tarix Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliy


son xeberler azerbaycan xeberleri yeni xeberler maşın realiti şou xeber.az bu gun havanın temperaturu xeber.az 2026