Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - FOTO
Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - FOTO
Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafiə xərclərinin həcmindən 4 dəfə çoxdur.
"Sentyabr ayının 27-dən Azərbaycan ordusu Ermənistanı hərbi texnika və sursat nəzərindən çox ciddi məğlubiyyətə uğradıb. Belə ki, bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb. Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilib. 82 "Qrad" qurğusu, 2 "Uraqan" Yaylım Atəşli Raket Sistemi, bir "TOS" sistemi məhv edilib. Eyni zamanda 4 "TOR", 40-a yaxın "OSA", 4 "KUB", bir "KRUQ", 2 "S-125" zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilib. Həmçinin, 6 "S-300" atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir "Toçka-U", 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilib. Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilib, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülüb", - deyə o bildirib.
Bütün sadalanan və sadalanmayan hərbi texnika və sursat 2,7 milyard ABŞ dollarından çox edir.




Nigar Məmmədova

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR