Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı...

Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı... Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı...
Bakıdakı Hərbi Qənimətlər Parkında Vətən Müharibəsində məhv edilmiş erməni əsgərlərinin dəbilqələrinin nümayişi bəzilərinin ürəyini ağrıdır, sümüklərini sızladır.
Nədənsə onların bu yanaşması Ermənistan rəsmi dairələrinin mövqeyi ilə üst-üstə düşür. Bəziləri isə utanmazlığın, həyasızlığın zirvəsində dayanaraq karikatura çəkməyi belə öz həyasına və vicdanına rahatlıqla oturda bilir.
Bu düşüncələrin və ya yanaşmaların toxumu harada səpilib, necə cücərib və ictimai rəydə özünə yer tapıb?  Necə olub ki, tirajlanan "sülhpərvər" fikirlərlə erməni diasporunun, Ermənistan hakimiyyətinin mövqeyi bir-birilə uzlaşır?
Geniş araşdırma tələb edən mövzudur. Bəlkə də heç bir əlaqəsi yoxdur və tamamilə təsadüfdür. Hər nədirsə, təqdir olunası bir mövqe deyil və ictimai qınağa layiqdir. Yox, yox, demirik ki, saxta vətənpərvərlik duyğuları tüğyan etsin, linç prosesinə start verilsin və vətənpərvərlik istismara məruz qalsın. Lakin humanizm təkcə bir tərəfə münasibətdə ifadə olunursa, bəzi faktlar da xatırlansın. Ən azında işğalçılıq, barbarlıq, vandallıq.
Beyin məhsulundan çox, xaraba mənəvi dünyalarından gələn "arqumentlərinə" baxın! Guya erməni əsgərlərinin dəbilqələrinin nümayiş etdirilməsi humanizmə zidd imiş.
Ermənistanın Birinci Qarabağ və Vətən müharibələrində cinayətlər törətməsinə görə, bunların səsi çıxırdımı? İndi Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlarda məhv edilən ermənilərin ruhu niyə bunlara əziz olub – yəqin ki, dünyanın ən istedadlı yazıçısı da bu vəziyyəti təsvir edə bilməz və güclü psixoloq buna aydın izah verə bilməz.
Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini azad edərkən hərb meydanının tələb və şərtləri çərçivəsində erməni əsgərlərini, texnikalarını sıradan çıxarıb. Nə mülki əhaliyə divan tutub, nə də ki Ermənistanın öz ərazisində olan hərbçiləri, hərbi obyektləri hədəf alıb. 
Hərbi Qənimətlər Parkında sərgilənən hərbi texnika və əsgər dəbilqələri Ermənistan və işğal siyasəti yürüdən digər ölkələrə görkdür.
Bu görkdə isə qeyri-qanuni elementlər axtarmaq qədər mənasız bir şey yoxdur. Əgər kimsə buna məna yükləyirsə, "humanizm" əbasına bürünərək ağına-bozuna baxmadan ağlına gələni danışırsa, bunun çox adı var. O adları ümumiləşdirib deyə bilərik – bu, həyasız, vicdansız riyakarlığın bütün hərflərinə qədər təzahürləridir.
Xocalı faciəsi, Vətən müharibəsi zamanında Ermənistanın mülki azərbaycanlılara qarşı cinayətləri haqqında küt bir susqunluq nümayiş etdirənlər indi "humanist" libaslarını geyinib danışırlar.
Hərbi Qənimətlər Parkı kimi dünyada bir çox model mövcuddur. Danimarka Müharibə Muzeyində İkinci Dünya Müharibəsində qəddar aktlar törətmiş nasistlərin uniformaları nümayiş etdirilir. Belə bir muzeylər Böyük Britaniyada, Polşada da fəaliyyət göstərir. 
Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı... Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı... Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı... Hərbi Qənimətlər Parkının cırdığı maskalar: Erməni sevgisi üzə çıxdı, ürəkləri ağrıdı... 1944-cü ildə Fransa hərbi parad zamanı əsir düşən nasist əsgərlərin keçidi olub.
Cənubi Koreyanın paytaxtı Seulda da hərbi muzey mövcuddur və burada Şimali Koreya-Cənubi Koreya müharibəsində ələ keçirilmiş qənimətlər nümayiş olunur.
Hərbi qaydalar, müharibə adi ictimai münasibət qaydalarından fərqlidir, burada ölmək də var, öldürmək də. Amma bunun da öz qaydaları var.
Müharibədə qalib gəlmiş dövlətin isə düşmən qənimətlərindən park və ya kompleks düzəldilməsi çox normaldır.
İnsanlıq ancaq Azərbaycanın qaydalar çərçivəsində etdikləri zaman yada düşürsə, ermənilərin azərbaycanlılara qarşı dəhşətli cinayətləri görməzdən gəlinirsə, bu saxtakar mənəviyyatın göstəricisidir.
Aqşin Kərimov

Siyasi       Tarix: 14 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu