Həyatı seriallara mövzu olan şəxs 26 il sonra danışdı - FOTO
Həyatı seriallara mövzu olan şəxs 26 il sonra danışdı - FOTO
Həyatı bir çox populyar serialların mövzusu olan Ektor Luis Palma Salasar həbsxanada oladuğu 26 ildən sonra ilk dəfə susqunluğunu pozub.
"Haber Global"ın məlumatına görə, "Sinola" kartelinin yaradıcılarından biri olan narkobaron filmlərlə bağlı fikirlərini və gələcək planlarını açıqlayıb.
O, bu filmləri heç izləmədiyini deyib:
"Mənə bir az bu haqda danışanlar olub, amma marağımı çəkmir. Az da olsa mənə danışılanlardan belə anlayıram ki, seriallarda heç nə düz deyil. Tamamilə müəlliflərin xəyalının məhsulu və xəstə ruhlu insanların diqqətini çəkmək üçün hazırlanıb, mənimlə heç bir əlaqəsi yoxdur", - deyə Salasar narazılığını bildirib.
Bununla belə, son illərdə narkotik maddələrdən istifadədən və ticarətindən qaynaqlanan şiddətə diqqətə çəkərək belə filmlərin pis fikir olmadığını vurğulayıb.
Azadlığına qovuşduqdan sonra nakotik qaçaqmalçılığına və intiqama qayıdacağı iddialarına gəldikdə isə o, bunun yanlış fikirlər olduğunu, özünü ancaq ailəsinə və ona miras qalan torpaqlarda işləməyə həsr edəcəyini deyib.
Salasarın sözlərinə görə, hazırda dünyada ən çox istədiyi şey özü və ailəsi üçün rahatlıq və dinclikdir.

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR