Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı mübarizə tədbirlərində ən yüksək reytinqə sahib oldu

Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı mübarizə tədbirlərində ən yüksək reytinqə sahib olduHeydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı mübarizə tədbirlərində ən yüksək reytinqə sahib oldu
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülən dünyada beşinci hava limanı olub.
Bu barədə Heydər Əliyev beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.
"Skytrax" agentliyinin COVID-19 reytinqi, koronavirus pandemiyası dövründə hava limanlarında sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin peşəkar və elmi araşdırmalara əsaslanaraq aparılmış dünyada yeganə qiymətləndirməsi və sertifikatlaşdırmasıdır.
COVID-19 auditi 2021-ci ilin mart ayında, COVID-19 pandemiyası dövründə sərnişinlərin və işçi heyətin təhlükəsizliyini qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən tətbiq olunan 175-dən çox təhlükəsizlik protokolunun qiymətləndirilməsi məqsədilə keçirilib. Audit, ICAO Şurası, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Xəstəliklərin qarşısının alınması və nəzarət olunması üzrə Avropa Mərkəzinin (ECDC) tövsiyələrinə uyğun olaraq hava limanı tərəfindən sağlamlığın qorunması, gigiyena və təhlükəsizlik tədbirlərinə riayət olunması dərəcəsinin qiymətləndirilməsini əhatə edir.
"Sərnişinlərin təhlükəsizliyi və sağlamlığı hər zaman ən yüksək prioritetimizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu da daxil olmaqla, hava limanlarında vaxtında görülən tədbirlər sayəsində müvafiq infrastruktur yaradılaraq aerovağzal kompleksinin fəaliyyətini ən qısa müddətdə bərpa etməyə bacardıq. Keçirilmiş auditə və gördüyümüz işlərin yüksək qiymətləndirilməsinə görə "Skytrax" agentliyinə təşəkkürümü bildirirəm" - deyə "AZAL" aviaşirkətinin prezidenti Cahangir Əsgərov bildirib.
Qeyd edilən audit COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün hava limanının obyektləri və xidmətləri tərəfindən prosedurlara effektiv və düzgün şəkildə riayət olunmasını qiymətləndirir. Onlara terminalın təmizliyi, işçi heyət tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə, aerovağzal binasında döşəməyə və skamyalara vurulan müvafiq işarələr və nişanlar, qida məhsulları və içkilərin təmizlik və gigiyena qaydalarına riayət olunması, eləcə də sosial məsafənin saxlanmasına və maskalardan istifadəyə nəzarətin həyata keçirilməsi daxildir.
"Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən təsdiqlənmiş ən yüksək COVID-19 təhlükəsizlik reytinqi sərnişinlərin uçuşlara olan inamını bərpa etmək üçün təhlükəsiz səyahət zəmanətini verir. Hava limanında görülən bütün təkmilləşdirmə tədbirləri sayəsində ən yüksək gigiyena və təhlükəsizlik standartları təmin edilir. Heydər Əliyev Beynəlxalq Aeroportu, COVID-19-un yayılması ilə əlaqəli riskləri azaltmaq üçün yaxşı balanslaşdırılmış təhlükəsizlik təcrübəsi portfelini təqdim edir. Onları belə yüksək standartlara nail olmaları münasibətilə təbrik edirik" - deyə "Skytrax" agentliyinin icraçı direktoru Edvard Pleysted vurğulayıb.
COVID-19 auditi çərçivəsində maskalardan istifadə qaydalarına riayət olunmasına, əməkdaşlar və sərnişinlər arasında sosial məsafənin qorunmasına diqqətlə nəzarət edilir. Hava limanında təmizliyə və gigiyena qaydalarına riayət olunması auditinə avadanlıqların qiymətləndirilməsi, təmizlik xidmətinin işçilərinin sayı və effektivliyi ATF testi vasitəsilə ölçülən dezinfeksiya işlərinin müntəzəmliyi daxildir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda beynəlxalq standartlara uyğun olaraq təmizlik və gigiyena qaydalarına riayət olunması üzrə ciddi prosedurlara əməl olunur. Hava limanı iki metrlik sosial məsafənin saxlanmasına nəzarət edən bütün lazımi işarələrlə təchiz edilib. /oxu.az

Turizm       Tarix: 12 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026 ensonxeberler cəbhədən son durum