Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək beynəlxalq aviasiya təhlükəsizlik standartlarına cavab verir
Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək beynəlxalq aviasiya təhlükəsizlik standartlarına cavab verir
Heydər Əliyev Beynəlxalq Aeroportunun ABŞ-da sərnişin və yük daşımalarına tətbiq olunan aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsinin hərtərəfli yoxlanması aparılıb.
Audit Azərbaycan və ABŞ arasında dövlətlərarası razılaşma əsasında aparılıb.
Yoxlama çərçivəsində ABŞ Nəqliyyat Təhlükəsizliyi Departamentinin (Transportation Security Administration) auditorları bütün müvafiq TSA tələblərinin, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və ABŞ Dövlət Aviasiya Təhlükəsizliyi Proqramının standartlarının və tövsiyələrinin yerinə yetirilməsi ilə tanış olublar.
TSA auditorları sərnişinlərin qeydiyyata alınması, təyyarələrin uçuş öncəsi sınaqdan keçirilməsi, baqajın yoxlanılması, təyyarədə iaşə təhlükəsizliyi, habelə aviasiya təhlükəsizliyi işçilərinin fəaliyyəti ilə tanış olublar.
Həmçinin, aeroport ərazisinin və perronun təhükəsizliyi, kinoloji xidmətin hazırlığı, hava limanının elektron sisteminin kiberhücumlardan qorunma səviyyəsinin və s. qiymətləndirilməsi həyata keçirilib.
Yoxlama nəticəsində Nəqliyyat Təhlükəsizliyi Departamenti Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan aviasiya təhlükəsizliyi tədbirlərinin TSA və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə tam cavab verdiyi qənaətinə gəlib.
Yoxlama qrupunun mütəxəssisləri "Azərbaycan Hava Yolları" yanında Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin personalının və struktur bölmələrinin bütün rəhbər heyətinin yüksək səviyyəli peşəkar hazırlığa malik olduqlarını qeyd ediblər. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var