Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin "Təbiətdə tarazlıq" sərgisi açılıb

Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) "Təbiətdə tarazlıq" sərgisi təqdim olunur.
Noyabrın 1-də baş tutmuş sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, sərginin müəllifi Lorenso Kuinn və digər rəsmilər iştirak ediblər.
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunan sərginin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir. Belə ki, "Təbiətdə tarazlıq" ("Equilibrium in Nature") ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir
Sərginin açılışında çıxış edən "365 Art" şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur:
"Bu baxımdan müəllifin qeyri-adi bacarıqlarını özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur".
Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu vurğulayıb.
"Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur", - deyə müəllif diqqətə çatdırıb.
Sərginin açılışı ilk olaraq "Sevgi birliyi" əsərinə baxışla baş tutub. Həmin kompozisiya dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır.
Eksponatlar arasındakı "Tanrının əli" (Hand of God) heykəltaraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan adam yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovucunun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr etdiyini bildirib:
"Tanrının əli" ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan mənim digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir".
"Balanslaşdırılmış dünya" (A Balanced World) əsəri də müəllifin həssas bir ideyasının daşıyıcısıdır. Eksponat "bəzən dünyalarımız bir-birinə əks qütblərdə görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam" söyləyir.
Qeyd edək ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək. Sərgidə ziyarətçilər italiyalı heykəltaraşın "Balanslaşdırılmış dünya" (Balanced World), "Təbiətin gücü" (Force of Nature), "Tanrının əli" (Hand of God), "Bəxş et və al" (Give and Take) və "Birlikdə" (Together) əsərləri ilə Mərkəzin park ərazisində, "Eros", "Paralel dünya" (Pharalel Universe), "Özünü sev" (Love Yourself) və müəllifin digər əsərləri ilə Mərkəzin foyesində tanış ola biləcək. Sərgidə ümumilikdə müəllifin 15 incəsənət nümunəsi təqdim edilir.
Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin / azxeber.com

Siyasi       Tarix: 02 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber metbuat xeberleri xeber son xeberler azerbaycan