Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir.
Bu barədə Azərbaycanı Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 Aprel - Beynəlxalq Mina Təhlükəsi Haqqında Maarifləndirmə Günü ilə bağlı "X" hesabında bildirib.
"Dünya irəlilədiyi halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir.
Azərbaycanın ərazisinin təxminən 12 faizi 30 illik işğal dövründə Ermənistan tərəfindən yerləşdirilmiş 1,5 milyondan çox mina ilə çirkləndirilib.
2020-ci ildən bəri — sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb.
Mina çirklənməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətlə qayıdışına mane olur.
Bunlar sadəcə rəqəmlər deyil. Bunlar yarımçıq qalan həyatların, dağılmış ailələrin və oğurlanmış gələcəklərin hekayəsidir. Minatəmizləmə yalnız texniki proses deyil, bu, ədalət, insanların öz evlərinə təhlükəsiz qayıtmaq kimi fundamental hüququnun təmin olunması məsələsidir", - Hikmət Hacıyev qeyd edib. / azxeber.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK