Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdiAzərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri ilə Kəlbəcər rayonuna səfər edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə bölgənin məruz qaldığı faciələrdən bəhs edərək diplomatların ziyarət edəcəyi istiqamətləri bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
"Biz diplomatik korpusla birlikdə Ermənistanın hərbi işğalının ön cəbhəsində olan Naftalandan Kəlbəcərə səfər edirik. Antiterror tədbirlərindən sonra dağlarla əhatə olunmuş Kəlbəcərə giriş Ağdərə bölgəsi vasitəsilə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yolda Ermənistan tərəfindən uzun müddət hidroterrorizm və su məhrumiyyəti üçün istifadə olunan Sərsəng su anbarını, eləcə də yeni açılmış yaşayış binalarını, sənaye və mədəni-dini obyektləri və Prezident İlham Əliyevin son vaxtlar açdığı digər obyektləri ziyarət edəcəyik", – o vurğulayıb.
Eyni zamanda, H.Hacıyev paylaşımında Kəlbəcərin üzləşdiyi faciələrə diqqət çəkib:
"Kəlbəcərin işğalı 1993-cü ildə Ermənistan ərazisindən başlayan hərbi hücum nəticəsində baş verib. Bu hərbi təcavüz aktı Ermənistanın işğalçı dövlət kimi dövlət məsuliyyətini müəyyən edib və BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbuluna səbəb olub. İşğaldan öncə Kəlbəcər və onun mülki əhalisi təxminən bir il blokadada qalıb. Yeganə çıxış yolu çox məhdud girişi olan dolama Ömər aşırımından idi. Erməni terror təşkilatı ASALA-nın üzvü Monte Melkonyan Xocalı soyqırımına bənzər Kəlbəcər tunel yolunda dinc əhaliyə qarşı qırğınlar təşkil edib".
Onun sözlərinə görə, "işğal zamanı və hətta Kəlbəcərdən çıxarkən mülki əmlak və mədəni abidələr dağıdılıb və talan edilib":
"Sanki bu kifayət deyilmiş kimi, Ermənistan və onun Qərb institutlarındakı tərəfdarları, eləcə də pullu lobbiçilər utanmadan və ən kiçik günah hissi duymadan Azərbaycana qarşı əsassız və absurd ittihamlar irəli sürməyə davam edirlər. Biz riyakar bir dünyada yaşayırıq! Amma "Həqiqət və ədalət əyilə bilər, lakin sınmaz".
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri başlayır.

Siyasi       Tarix: 18 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber siyaseti xeberler bugun bugun xeberler