Hikmət Hacıyev: 'Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır

Hikmət Hacıyev: 'Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır"Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Qafqaz regionu dəyişib.
"Azərbaycan Ermənistana münasibətlərin normallaşması prosesinə başlamağı təklif etdi. Bu istiqamətdə ilk addım Ermənistan və Azərbaycan arasında potensial sülh müqaviləsi üzrə danışıqlardan başladı, hansı ki, yekun olaraq tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını tanımalıdır", - H.Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, bu prosesə paralel olaraq Türkiyə də Ermənistanla diplomatik səviyyədə əlaqə yaratmağa başlayır:
"Biz bu prosesin Ermənistan-Azərbaycan, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində sinxron və paralel inkişafını dəstəkləyirik. Bizim niyyətimiz müsbətdir, çünki Ermənistana mehriban qonşuluq münasibətləri təklif edirik. Ermənistanın Qafqazdakı strateji regionu dəyərləndirməsinin vaxtı çatıb. Belə ki, İrəvan öz qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə dostluq münasibətlərini yeniləməyə qərar verməlidir".
H.Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik sənəddən də danışıb.
"Biz erməni tərəfinə beynəlxalq hüquq prinsipləri və mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh müqaviləsinin əsas müddəalarını təqdim etdik. İlk növbədə Ermənistan ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdır. O, həmçinin bizə qarşı ərazi iddialarından çəkinməlidir. Bütün bunlar Helsinki sazişinin prinsiplərini özündə əks etdirən bu sənəddə qeyd olunub", - Prezidentin köməkçisi bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan-İran münasibətlərinə də toxunub:
"Bu gün biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu illər ərzində biz həmişə mehriban qonşuluq münasibətlərini möhkəmləndirmişik. Bu yaxınlarda imzalanmış anlaşma memorandumu regionun nəqliyyat xəritəsini dəyişir. Beləliklə, Zəngilan rayonu ərazisində Astaraçay çayı üzərində hazırda iki körpünün tikintisi aparılır. Biri dəmir yolu, digəri isə avtomobil yolu olmaqla İran ərazisindən Naxçıvana keçəcək, bununla da Türkiyə, İran və Azərbaycanı birləşdirəcək".

Siyasi       Tarix: 03 aprel 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava en son xeberler bu gun son xeber xeberlər