Hikmət Hacıyev MÜHÜM TOPLANTIDA iştirak etdi – FOTO
Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı keçirilib.
KONKRET.az xəbər verir ki, toplantıda Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edib.
Toplantı ilə bağlı "X" hesabında paylaşım edən H. Hacıyev bildirib ki, Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə TDT çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib: "Görüş zamanı təşkilatın Qəbələ Zirvə Görüşünün nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrliyi dövründə müəyyən olunmuş prioritetlərə istinad edilərək mövcud qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki sammitlərdə də vurğuladığı kimi zəngin təbii ehtiyatları, enerji potensialı və əsas nəqliyyat marşrutlarını əhatə edən strateji geosiyasi mövqeyi ilə türk dünyası Avrasiya qitəsində mühüm yer tutur və Türk Dövlətləri Təşkilatı artıq vacib geosiyasi mərkəzlərdən birinə çevrilib".
Toplantı çərçivəsində Hikmət Hacıyev bir sıra görüşlər də keçirib.


Turlar.az [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK