Hikmət Hacıyev: Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır
Regionda yenə militarizasiya siyasəti və gərginlik ocaqlarının yaradılması istiqamətində addımlar atılmaqdadır.
KONKRET.azxəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanın siyasəti nəticəsində regionda yeni geosiyasi vəziyyət və status-kvo yaranıb:
"Bu yeni status-kvo legitimliyə, qanunun aliliyinə, beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanır. Azərbaycanın yaratdığı bu status-kvo Ermənistanın Azərbaycana qarşı davam edən 30 illik işğalına son qoyulması və regionun tam şəkildə transformasiya edilərək qurulan bir prosesdir. Bu gündəliyi dəstəkləmək əvəzinə, regionda yenə geosiyasi intriqalara əsaslanan siyasət yeriməyə çalışan regiondan kənar qüvvələr var. Bu xüsusda Ermənistanın militarizasiya siyasəti aparır".
H.Hacıyev vurğulayıb ki, burada təkcə Fransa yox, digər başqa dövlətlər də yer alır:
"Bunlar tamamilə əks təsir effektinə malik olacaq addımlardır. Azərbaycan hər vəchlə regiondakı sülh gündəliyini dəstəkləməyə davam edir. Biz o mövqeyimizdə qalırıq ki, Ermənistan işğalçı, təcavüzkar dövlət olub. Regionda etimad mühitinin tam şəkildə yaranması üçün Ermənistanın militarizasiya siyasəti üzərində müəyyən bir verifikasiya mexanizm olmalıdır. Ermənistanın militarizasiya prosesində iştirak edən dövlətlər məsuliyyətlərini anlamalıdırlar".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb