Hindistan və Azərbaycan İsrail silahlarının ən böyük alıcılarıdır
Hindistan İsrail silahlarının əsas alıcısına çevrilir.
Publika.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazıb. Məlumata görə, iki ölkə müdafiə sahəsində əməkdaşlığın yeni sahələrini müəyyən etmək üçün 10 illik əməkdaşlıq planı hazırlayacaq işçi qrupu yaratmaq barədə razılığa gəlib.
Son bir neçə il ərzində İsrail Hindistanı müxtəlif silah sistemləri, raketlər və pilotsuz uçuş aparatları ilə təchiz edib ki, bu da Hindistanı İsrailin hərbi texnikasının ən böyük alıcılarından birinə çevirib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2020-ci il hesabatında qeyd olunub ki, İsrailin son dörd ildə silah ixracı indiyə qədərki ən yüksək göstərici olub və qlobal həcmin üç faizini təşkil edib.
İsrail dövləti dünyanın səkkizinci ən böyük silah tədarükçüsü olub.
Hesabata görə, İsrail silahlarının ən böyük üç alıcısı Hindistan (ümumi 45%), Azərbaycan (17%) və Vyetnamdır (8,5%). Hindistana silah satışı ardıcıl olaraq ildə 1 milyard dolları keçir.
Qeyd edək ki, sentyabr ayında Hindistan Çinlə davam edən sərhəd münaqişələri fonunda ölkənin ordusunu modernləşdirmək planlarının bir hissəsi olaraq "İsrail Aerospace Industries"dən təxminən 200 milyon dollara dörd Heron MK II aldı. Hindistan Hərbi Hava Qüvvələri artıq İsrail istehsalı olan 180-dən çox PUA-dan istifadə edir. ("Qafqazinfo")

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək