Hindistan və Pakistan arasında gərginlik artdı: Yeni müharibə başlayır?
Hindistan və Pakistan arasında diplomatik gərginlik artmaqdadır. Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın Cammu və Kəşmir bölgəsinə hücumlarından sonra Yeni Dehlinin diplomatik addımlarına cavab müəyyən etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasdan sonra Baş Nazirlikdən yayılan açıqlamada Hindistanın Hind Su Müqaviləsini dayandırmaq qərarı rədd edilib.
KONKRET.az-ın xəbərinə görə, açıqlamada qeyd olunub ki, Hind hövzəsində su axınının dayandırılması və ya istiqamətinin dəyişdirilməsinə yönəlmiş istənilən cəhd "müharibə aktı" kimi qiymətləndiriləcək və buna tam güclə cavab veriləcək.
Bu çərçivədə Hindistanla Vagah Sərhəd Qapısının dərhal bağlanacağı bildirilib. Azadlıq sxemi çərçivəsində Hindistan vətəndaşlarına verilən bütün vizalar ləğv olunub.
Eyni zamanda, İslamabaddakı Hindistan diplomatlarının sayı 30-a endirilib, Hindistanın müdafiə, dəniz və hava məsləhətçilərindən isə aprelin 30-dək ölkəni tərk etmələri tələb olunub. Pakistanın hava məkanı Hindistana məxsus və ya Hindistan tərəfindən idarə olunan aviaşirkətlər üçün bağlanıb. Həmçinin Hindistanla bütün ticarət əlaqələri dayandırılıb.
Aynurə İsmayıl
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir